Bazar ertəsi, 04 İyul 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

“Təəssüf ki, Təhsil Nazirliyinin istəyinə uyğun açıqlama verilib...” - Etibar Əliyev

"Təhsil Nazirliyi yanında İctima Şuranın üzvü kimi ciddi narahatlıq yaradan iki məsələyə dəyərli İctimai Şura üzvlərinin münasibət bildirməsini xahiş etmişdim. Təəssüf ki, həmkarlarımın adından Təhsil nazirliyinin cavabı İctimai Şuranının açıqlaması kimi təqdim olundu. Açıqlamanın sonuncu cümləsi isə lap əntiqədir. Təhsil nazirliyinin 164 nömrəli məktəbin “Georgi lenti” açıqlamasının sonuncu cümləsi ilə eynidir. “Ağıl ağıldan üstündür” atalar misalı artıq aktuallığını itirir. Təəssüflər olsun ki, İctima Şura adından heç bir araşdırma aparılmadan və mənimlə məsləhətləşmədən Təhsil Nazirliyinin istəyinə uyğun açıqlama verilib".

PİA.az-ın xəbərinə görə, bunu deputat Etibar Əliyev bildirib.

“Əgər rəsmi açıqlama verilirsə, mənim iştirakım niyə təmin olunmayıb? Qoyduğum məsələnin məğzi budur: Akrobatik sıçrayışla məktəb direktoru yerinə gətirlmə əməliyyatlarının arxasında nə durur? Bu işdə hansı qruplaşmalar mövcuddur? Orta təhsildə nə üçün bu qədər narazılıqlar mövcuddur və get-gedə dərinləşir? Məsələn, necə olur ki, Bakı şəhəri üzrə Təhsil İdarəsində məsul vəzifə tutan, əvvəllər isə iki məktəbdə direktor işləmiş bir biznesmenin bütün müavinləri "imtahan" verərək direktor təyinatı (10-dan çox) alırlar? İctimai Şura bu tip sualları Nazirliyin rəhbərliyinə verməlidir və izahat almalıdır. İctimai Şuranın varlıq fəlsəfəsi də bunu tələb edir. Düşünürəm ki, biz İctimai Şura olaraq nöqsan və neqativlərin qarşısında durmalıyıq, bununla məşğul olanların yanında və müdafiəsində yox...” – E.Əliyev qeyd edib.(Pravda)

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Səfər Mehdiyev: “Ehtiram da, digər həbs olunanlar da orda qalmayacaq” - Son iclasın gizlinləri...

Zorakılıqla üzləşən qadın uşaqları ilə birgə SXA-nın müəssisəsinə yerləşdirilib - Yenilənib

Şoyqu Ukraynanın Luqansk vilayəti üzərində tam nəzarətin əldə olunduğunu elan edib

Xəzərdə qağayıların ölümünün səbəbi nədir?

Rusiyalı tanınmış futbolçu karyerasını bitirir

İran ölkənin qərbinə ağır texnikalar yığır

"Füzulidə müasir məktəb tikən ilk dövlətlərdən biri olmağı planlaşdırırıq"

İki il əvvəl törədilən oğurluğun üstü açıldı

Özbəkistan-Qazaxıstan sərhədindəki bəzi buraxılış məntəqələri fəaliyyətini dayandırıb

Fərid Şəfiyev: “İndi Şuşada türkün səsi eşidilir”

Ən çox oxunanalar