Çərşənbə axşamı, 30 Noyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Təbrizin yeni fars valisinə "türk şilləsi" – SEPAH generalının təqdimat mərasimində skandal - Video

Cənubi Azərbaycanın Şərqi Azərbaycan vilayətinə yeni təyin olunmuş fars ostandar - valinin təqdim olunması mərasimində skandal olay baş verib.

"AzPolitika.info" xəbər verir ki, internet resurslarında yayılan videoda general-vali Zeynəlabedin Xorrəm mərasimdə çıxış edərkən səhnəyə çıxan bir nəfərin onun sifətinə şillə vurduğu görünür. Həmin şəxs mühafizəçilər tərəfindən dərhal zaldan çıxarılır. Sosial mediada onun Türk olduğu, Təbriz əyalətinə fars əsilli generalın vali təyin edilməsinə bu üsulla etiraz etdiyi bildirilir.

General-vali Zeynəlabedin Xorrəm isə mətbuata onu vuran şəxsi bağışladığını bildirib. "Suriyada düşməndən hər gün o qədər kötək yemişik, gülləyə tuş gəlmişik ki, bu əməl onun yanında heç nədir", - deyə o qeyd edib.

Sosial şəbəkələrdə o da xəbər verilir ki, Z.Xorrəmi vuran onun keçmiş silahdaşı, polkovnik Əyyub Əlizadə olub.

Xatırladaq ki, İran Nazirlər Kabinetinin qərarı ilə, İslam İnqilabının Keşikçilər Korpusunun zabiti olan Z.Xorrəm bir neçə gün əvvəl Şərqi Azərbaycan vilayətinin başçısı təyin edilib.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Polis "JEK" rəisinin otağında bıçaqlandı - DİN-dən açıqlama, yenilənib

Prezident bu nazir müavinlərini işdən çıxardı - Yeni təyinat

Rəmişin qızı ilə Gülü arasında qalmaqal böyüyür: "Qüruruma toxunub..." - Video

Dəhliz qərarı verildi, qalır rəmzi "adqoyma mərasimi" - əks halda, Ermənistan üçün "əlvida, Laçın dəhlizi!"

Aslan İsmayılovdan Səttar Möhbalıyevə həcv: “Qazini özünü öldürməyə vadar edən…”

Tanınmış ginekoloq qadına şiddətdən danışdı - Video

Deputatdan dövlət qurumuna ittiham: “300 milyonun necə xərcləndiyi məlim deyil“

Azərbaycanda məhkəmə müstəntiqin cəzalandırılması üçün Baş prokurora müraciət edib

“Futbolu məhv edən Elxan Məmmədov Prezidentlə poz verir” - Aslan Ismayilov

Ən çox oxunanalar