Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təbrizdə etirazlar - “Azərbaycan, Ələhvaz!”, “İttihad, ittihad!”... - Video

İranın Xuzestan vilayətində su qıtlığına və digər sosial problemlərə görə günlərdir davam edən etirazlar Cənubi Azərbaycana-Təbriz şəhərinə də sıçrayıb.

Bu gün iyulun 24-də Təbriz küçələrinə çıxan azərbaycanlılar Xuzestan sakinlərinin etirazlarına dəstək ifadə ediblər və təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı silah işlətməsini pisləyiblər. Habelə azərbaycanlılar “Azərbaycan, Ələhvaz!”, “İttihad, ittihad!” şüarları da səsləndiriblər.


AN.T (aznews.tv) internet televiziyasına cənubdan daxil olan görüntülərə əsasən Təbriz küçələrinə çıxan minlərlə etirazçıya polis və motosikletli “Bəsic” üzvləri müdaxilə etməyə çalışır. Bəzi yerlərdə təhlükəsizlik qüvvələri ilə toqquşmalar baş verib. Etirazlar xaotik xarakter daşıyır və təşkil edilməyib, çünki cənublu milli fəalların əksəriyyəti hazırda həbsdədir və Cənubi Azərbaycanda təşkil edilmiş etirazların keçirilməsi hazırda mümkün deyil.

Xəbər verildiyi kimi, İranın Xuzestan (bölgə sakinləri -etnik ərəblər bu əyaləti Əl-Əhvaz adlandırırlar,-red.) bölgəsində su qıtlığına görə günlərdir kütləvi etirazlar keçirilir və təhlükəsizlik qüvvələri ilə toqquşmalar nəticəsində artıq 7-yə yaxın adam həlak olub. Onlardan biri də polis zabitidir. Problemə səbəb həm İranda uzun müddətdir davam edən quraqlıq, həm də illər əvvəl Xuzestan bölgəsindən keçən çayların səmtinin dəyişdirilməsi və onların metallurgiya zavodları yerləşən bölgələrə axıdılmasıdır. İranın Ali dini lideri ötən gün Xuzestan sakinlərinin tələblərinin haqlı olduğunu bildirib və məmurları insanların problemlərini həll etməyə çağırıb. (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar