Şənbə, 01 Oktyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

TƏBİB rəsmisindən karantin anonsu

Son günlər yoluxma hallarında artım müşahidə edilir. Lakin realda olan rəqəmin daha yüksək olduğunu düşünürəm. Çünki virusa yoluxan insanlar xəstəliyi yüngül keçirtdiyi üçün test vermə zərurəti yaranmır.

PİA.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib.

Onun sözlərinə görə, yoluxma sayının artmasına baxmayaraq, xəstəxanalarda ciddi bir yataq problemi yaşanmır.

"Daha öncə COVID-19 dalğalarında gördüyümüz çətin vəziyyəti indi müşahidə etmirik. Yoluxma sayının artması dolayı yolla ağır xəstələrinin sayının artmasına gətirib çıxara bilər. Lakin karantin rejimini sərtləşdirilməsi daha çox ağır xəstə hallarının artması ilə əlaqədardır. Əgər xəstəxanalarda yer problemi yaranarsa, o zaman təbii ki, karantin rejimini sərtləşdirilməsi nəzərdən keçirilə bilər. Buna Operativ Qərargah tərəfindən mövcud vəziyyət ciddi təhlil edildikdən sonra qərar veriləcək", - deyə o bildirib.

V.Əliyev hazırkı vəziyyəti qənaətbəxş hesab etdiyini vurğulayıb.

"İstənilən halda insanlar ehtiyatlı davranmalıdır. Qapalı məkanlarda yaxın təmasda olmamalı, ara məsafəsi saxlamalı, gigiyenik qaydalara əməl etməli və vaksinasiya olunmalıdır. Düşünürəm ki, ümumilikdə hazırkı vəziyyət karantin rejiminin sərtləşdirilməsinə ehtiyac yaratmır. Lakin yaxın günlərdə vəziyyət yoluxma sayı və xəstəliyin ağırlıq dərəcəsi ilə əlaqədar olaraq gözdən keçirilə bilər və qərarlarda bunu əsasında verilə bilər", - deyə o əlavə edib.(Trend)

pia.az

 

 


Etiket:


Digərxəbərlər

General-mayor Bəkir Orucov "Tərtər işi" üzrə təqsirli bilinərək həbs olunub - Yenilənib

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

Paşinyan NATO hərbçilərini Azərbaycanla sərhədə gətirir - Təhlükəli oyun

Hücum helikopterləri Zahedan üzərində uçaraq Bəluç nümayişçilərinə atəş açdı - Video, Yenilənib

“Dövlətdən oğurlayıb, küçə insanlarına ev alırlar” - Partiya sədri 

Zaqatalada tarixi şəxsiyyətlərin adı ilə bağlı biabırçılıq- Fotofakt

"Özünüzü artistliyə vurmayın, yığışdırın yalançı sevgilərinizi"

İranlı din xadiminin qızının toy görüntüləri gündəm oldu - Video

Sentyabr şəhidinin ürək dağlayan həyat hekayəsi 

Alla Puqaçovanın Rusiyaya qayıtmasının səbəbi məlum oldu

Bu gündən icbari avtomobil sığortası üzrə haqlar yeni qayda ilə hesablanacaq

Ən çox oxunanalar