Çərşənbə, 17 Avqust 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin laboratoriyaları yenilənir

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən həyata keçirilən “Tibb müəssisələrinin laboratoriyalarının standartlaşdırılması” layihəsi çərçivəsində tabeli tibb müəssisələrinin laboratoriyalarının tamamilə yenilənməsinə başlanılıb.

TƏBİB-dən PİA.az-a verilən xəbərə görə, layihə çərçivəsində “Sumqayıt Tibb Mərkəzi” (STM) publik hüquqi şəxsin tabeliyində olan tibb müəssisələrindəki tibbi laboratoriyalar beynəlxalq standartlara uyğun olaraq yenidən təsnif edilərək təşkil olunub. Mərkəzi Laboratoriyanın Biokimya, Hematologiya, Mikrobiologiya və İmmunologiya bölmələri fəaliyyətə başlayıb.
Mərkəzi Laboratoriyanın fəaliyyəti pre-analitik, analitik və post-analitik mərhələnin tələblərinə uyğun olaraq təşkil edilib, bütün mərhələlərdə insan faktorunu və xətaları minimuma endirmək üçün sistem tam avtomatlaşdırılıb. Belə ki, laboratoriyalar “Sysmex”, “Abbot”, “Qiagen”, “Biomerieux”, “Siemens”, “Nüve” kimi tanınmış xarici şirkətlərin tam avtomatlaşdırılmış biokimyəvi, immunokimyəvi, mikrobioloji, hematoloji və s. sistemləri ilə təchiz olunub.
Laboratoriyalarda keyfiyyətə nəzarət üçün həm daxili, həm də xarici nəzarət proqramları tətbiq olunur. Avtomatlaşdırılmış sistemlərin tətbiqi ilə analiz nəticələrinin hazır olma müddəti dəfələrlə qısalıb, bütün analizatorların “E-Təbib” proqram təminatına, kodlaşdırılmış test nəticələrinin sistemə avtomatik inteqrasiyası təmin edilib.

Artıq ambulator və stasionar pasientlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfinə daxil olan 600-dək laborator xidməti tam şəkildə, ən müasir tələblərə və protokollara uyğun olaraq əldə edə biləcəklər. Pasientlər analizlərinin nəticələrini analiz verdikləri tibb müəssisinə gəlməklə, həmçinin müəssisəyə gəlmədən onlayn şəkildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytı (www.its.gov.az) vasitəsi ilə əldə edə bilərlər.
Qeyd edək ki, layihə çərçivəsində davamlı tibbi təhsil proqramı da tətbiq edilməkdədir. Proqrama uyğun olaraq laboratoriyaların həkim və laborantlarına, qanalma tibb bacılarına müasir nəzəri və praktik təlimlər keçirilir.
Eyni zamanda, klinisistlərə laborator testlərin xəstəliklərin diaqnostikası üzrə beynəlxalq protokollara uyğun istək olunması və interpretasiyası üçün seminarlar keçirilir. Bu istiqamətdə təlim və seminarların bütün ixtisas sahələrini əhatə etməsi də nəzərdə tutulub.

pia.az


Etiket:


Digərxəbərlər

Ağdamın icra başçısının mədəni halı: Vaqif Həsənov daha bir şəhid bacısını edib... - Video

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

Generalın köməkçisi intim videoları hansı məqsədlə çəkib?

Ağsaqqal deputatdan şok açıqlama: “Ola bilsin, FHN əməkdaşlarının bir-birilərinə məhəbbətləri olub”

FHN-dəki intim qalmaqal: videodakı xanımla bağlı məlumatlar

Coşqun Əhmədzadə öz istəyi ilə vəzifədən getmək istəyir - Sumqayıt Gömrüyündə yoxlamalar...

FHN-in intim görüntüləri yayılan qadın əməkdaşı intihar edib?

Rusiya MN Krımda baş verən partlayışı diversiya adlandırıb - Yenilənib

Göyçayda dərəyə düşən qadın və kişi xilas olunub - Yenilənib

Sabiq deputat: "Kəmaləddin Heydərov o postda həddən artıq çox oturdu"

Həbs edilən "Şah Kargo"nun rəhbəri büdcəyə neçə milyon ziyan vurub?

Kəmaləddin Heydərov üçün ağır zərbə: Video niyə yayıldı?

Tayvan uğrunda Çin-ABŞ mübarizəsi - Bu mübarizə müharibəyə çevrilə bilərmi?

Ən çox oxunanalar