Cümə axşamı, 05 Avqust 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Tbilisi merinin müavini AXC-nin elan edildiyi binanın bərpasından danışıb

Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) müstəqillik bəyannaməsinin oxunduğu hazırkı Milli Gənclər Sarayının binasında aparılan bərpa işləri 2023-cü ilə qədər tamamlanacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi merinin müavini İrakli Bendeliani “İmedi” telekanalına müsahibəsində bildirib.

O, əsaslı bərpa və yenidənqurma layihəsinin ümumi dəyərinin təqribən 33 milyon lari (10,4 milyon ABŞ dolları) təşkil etdiyini deyib: “Biz hamımız Milli Gənclər Sarayının tarixi və statusu barədə məlumatlıyıq. Hər güclü yağış yağanda binanın dam örtüyü su buraxırdı və bu səbəbdən infrastruktur zədələnib. Tikilinin bərpasından sonra şəhərimizə yeni görkəm alacaq daha bir mühüm əhəmiyyətli abidə əlavə olunacaq”.

Qeyd edək ki, Gürcüstanın mədəni irs abidəsi olan tarixi binanın bərpasına bu ilin mart ayından başlanılıb.

 

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Qüdrət Qurbanov və Həbib Həsənov da yola salınır - Bu vəzifəlilər onları əvəzlədi

İdarə rəisi anasının yasına gəlməyənləri işdən çıxarır? – Şok iddia

Daha bir deputat karantin qaydalarını kobud şəkildə pozdu - Qızına 300 nəfərlik toy edən Novruzəli Aslanov cəzalanacaqmı?

Eldəniz Səlimovun həbsi atasından gizlədilir - Müəmma

Bu il Məhərrəm ayında yeniliklə üzləşəcəyik - Toy olacaq

Azərbaycan mətbuatının daha bir ayıbı - Türkiyədəki media təmsilçilərimiz nə işlə məşğuldurlar?

Arayik Sərsəng və Suqovuşanda SES tikmək istəyir: Bakı niyə susur?

Etibar Məmmədov: "Eldəniz Səlimov Milli Məclisdə özünü elə tərbiyəli aparırdı ki.."

“Xankəndini tərk edirsən və dəli olursan, hər yerdə Azərbaycan bayraqlarıdır”

Həbs edilən deputat vergi işçisini də döyübmüş

“Eldəniz Səlimovun o maddə ilə həbsi qanunsuzdur” - Tanınmış vəkil

Ən çox oxunanalar