Bazar ertəsi, 06 Dekabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Tatoyan Azərbaycan-Ermənista­­n sərhədində təhlükəsizlik zonasının yaradılması təklif edib... - Məqsəd nədir?

Bu əslində nəqliyyat dəhlizlərinin də açılması daxil olmaqla Ermənistanın öz öhdəliklərindın imtina etməsi anlamına gəlmirmi?..

Politoloq:“Ermənista­nın ombutsmanı Arman Tatoyan qeyri-ciddi şəxs kimi tanınır. Ermənistan cəmiyyəti daxilində siyasətçilər də onun fikirlərinə ciddi yanaşmırlar”.

“Tatoyanın ombutsman kimi AzərbaycanErmənistan sərhəddində baş verənlərlə, Qarabağla, Zəngəzurla bağlı çıxışlar etməsinə heç bir hüququ və mənəvi haqqı yoxdur”.

Bu sözləri politoloq Zaur Məmmədov Ermənistanın ombutsmanı Arman Tatoyanın Azərbaycan-Ermənista­­n sərhədində təhlükəsizlik zonasının yaradılması təklifini PİA.az-a şərh edərkən qeyd edib.

Ermənistanın ombutsmanı Arman Tatoyan Azərbaycan-Ermənista­­n sərhədində təhlükəsizlik zonasının yaradılması təklifi ilə çıxış edib.

Xatırladaq ki, bundan əvvəl Tatoyan Azərbaycan hərbçilərinə şər və böhtan atırdı və irqçı çıxışlar edirdi. “Son zamanlar Azərbaycan ordusu Yuxarı Şorca, Zərkənd, Zod və s. istiqamətlərində daha da aktivləşib. Əsgər və silah sayı artmaqda davam edir. Əsgərlər mühəndis-istehkam qurğuları və sığınacaqlar tikir, mövqelərə aparan yolları beton səddlə çevrələyirlər. Bu, Ermənistanın suveren ərazilərinə təcavüz etmək deməkdir”, -deyə erməni ombutsman bildirib.

Bir il əvvəl imzalanan üçtərəfli bəyanatın fonunda Tatoyanın təklifini necə dəyərləndirmək olar və bu əslində nəqliyyat dəhlizlərinin də açılması daxil olmaqla Ermənistanın öz öhdəliklərindın imtina etməsi anlamına gəlmirmi? Ümumiyyətlə Tatoyanın təklifi əslində nəyə hesablanıb?

Mövzunu PİA.az-ın əməkdaşı Bakı Politoloq Klubunun sədri Zaur Məmmədov ilə müzakirə edib.

Zaur Məmmədov: “Nədənsə bu gün Tatoyan özünü heç ombutsman kimi aparmır. O, baş nazir postuna iddialı olduğu üçün insanlar arasında suni reytinq qazanmaqla məşğuldur”.

Ermənistan tərəfində rus ordusunu 20 km, hətta 100 km enində də dayana bilməsini və bunun Ermənistanın daxili işi olduğunu vurğulayan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, Azərbaycan istiqamətində təhlükəsizlik zonasının yaradılmasından söhbət gedə bilməz:

Ermənistanın ombutsmanı Arman Tatoyan qeyri-ciddi şəxs kimi tanınır. Ermənistan cəmiyyəti daxilində siyasətçilər də onun fikirlərinə ciddi yanaşmırlar. Bu yaxınlarda Ermənistan Müdafiə Nazirliyinin Qərbi Zəngəzurda baş verənlərlə bağlı ombutsmanı n çıxışını istehza ilə qarşılaması da bunun bariz nümunəsidir. Arman Tatoyan post-müharibə dövrünün reallıqlarından uzaq, mövcud proseslərlə bağlı həqiqətləri cəmiyyətdən gözlədən və cəmiyyəti aldadan, boş yerə ermənilərə ümid verən siyasətçi kimi tanınır.

Əgər söhbət təhlükəsizlik zonasının qurulmasından gedirsə, Azərbaycan tərəfində heç bir təhlükəsizlik zonası olmayacaq. Azərbaycanın sərhəd qoşunları və hərbiçiləri sərhəddə harada lazımdırsa, orada da qalacaqlar. Ermənistan tərəfi isə özü bilər. Bu yaxınlarda ermənilər rus ordusunu sərhəddə çağırırdılar ki, sərhəddə nizam-intizam yaratsın. Ermənistan tərəfində rus ordusu 20 km, hətta 100 km enində də təhlükəsizlik zolaqı yaradıb , orda dayana bilər. Bu Ermənistanın daxili işidir. Amma Azərbaycan istiqamətində təhlükəsizlik zonasının yaradılmasından söhbət gedə bilməz.

Yaxşı olar ki, Tatoyan ombutsman kimi Ermənistan daxilindəki işlərlə, yaxud da Ermənistanın rayon və kəndlərində yaşayan insanların problemləri ilə məşğul olsun. Nədənsə bu gün Tatoyan özünü heç ombutsman kimi aparmır. O, baş nazir postuna iddialı olduğu üçün insanlar arasında suni reytinq qazanmaqla məşğuldur.

Zaur Məmmədov: “Əgər söhbət təhlükəsizlik zonasının qurulmasından gedirsə, Azərbaycan tərəfində heç bir təhlükəsizlik zonası olmayacaq. Azərbaycanın sərhəd qoşunları və hərbiçiləri sərhəddə harada lazımdırsa, orada da qalacaqlar”.

Ombutsmanın əsas vəzifəsi vətəndaşlarla dövlət qurumlar arasında bürokratiyanın aradan qaldırılmasında rol oynamaq, əhali ilə dövlət arasında vasitəçi olmaqdır. Arman Tatoyan Ermənistan əhalisinin sosial problemləri ilə məşğul olmalıdır. Onun AzərbaycanErmənistan sərhəddində baş verənlərlə, Qarabağla, Zəngəzurla bağlı baş verənlərlə bağlı çıxışına heç bir hüququ yoxdur. Paşinyan Tatoyan kimi şəxsləri vəzifədən nə qədər tez uzaqlaşdırsa, o qədər də yaxşı olar.

Aydın məsələdir ki, Tatoyan parlament tərəfindən təsdiq olunub və o müəyyən müddətdə ombutsman kimi qalmışdır. Amma etdiyi hərəkət onun göstəricisidir ki, o ombutsman kimi fəaliyyətini çox davam etdirə bilməyəcək. Biz necə ki, Ermənistanın xarici işlər nazirini, müdafiə nazirini və digərlərini vəzifələrindən göndərdik Tatoyanı da onların cərgəsinə salacağıq. Tatoyan yaşından əvvəl, vaxtından tez təqaüdçülər sırasına daxil olacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Gələn il maaş, pensiya və təqaüdlərin nə qədər artacağı məlum olub

Deputat Ülvi Quliyev “SSRİ gözəli” müsabiqəsinə nə qədər pul xərcləyib? - Fotofakt

Elman Rüstəmovun kürəkəni milyonları Avropaya belə daşıyır – Foto

Azərbaycanda 11 yaşlı oğlan 14 yaşlı qardaşını güllələyərək öldürdü

Hökumətin subsidiya qərarı: Dizel yanacağı yenə bahalaşır?

Yeni nazir müavini təyinatından danışdı - Foto

Bakıda “AA” seriyalı maşının sürücüsü qazinin yolunu kəsib onu söydü – Video

Azərbaycanın ən gözəl qızı və ən yaraşıqlı oğlanı seçildi

İşsizlərin nəzərinə! - Bu sənədləri təqdim edin və... - Video

Kəmaləddin Heydərov Astara sakinlərinə 18 villa tikir? 

Novella Cəfəroğlu: "Gedib deyirik ki, Tofiq Yaqublunu yaxşı edib döyümüsünüz?!"

Rusiya 175 minlik qoşunla Ukraynaya hücum etməyə hazırlaşır... - İddia

Ən çox oxunanalar