Çar ifadəsi adətən rus tarixi ilə əlaqələndirilir. Əslində isə belə deyil. Çünki Rusiyada çar anlayışı dünyada yaşamış ilk çardan 6 əsr sonra yaranıb. Slavyan xalqlarının istifadə etdiyi "Çar" sözü Sezar adının qısaldılmış formasıdır.
PİA.az-ın məlumatına görə, tarixdən də məlum olduğu kimi, Roma imperatorlarının adları önündə Sezar rütbəsi də olurdu. Bu da onların Sezarın şəcərəsindən gəldiklərini sübut edirdi.
Ətraflı
Tarixdə ilk çar isə 9-cu əsrdə yaşamış bolqar hökmdar Böyük Simeon olub. Simeonun hakimiyyəti dövründə bolqarlar böyük nüfuz qazanırlar. Bolqarıstanda çarlar 16-cı əsrədək hökm etsələr də, serb çarının hakimiyyət dövrü cəmi 30 il olur. Rusiyada isə 1547-ci ildə İvan Qroznıy bu titul altında bir sıra ölkələrə hücum edir. 1721-ci ildə isə bu söz imperatorla əvəzlənir. (publika.az)
pia.az