Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

TAP qaz kəmərinin tikintisi yekunlaşmaq üzrədir

Noyabr 9-dan etibarən Trans Adriatik Boru Xətti (TAP) layihəsi çərçivəsində mikrotunnelin çıxış nöqtəsində işlər San Basilio çimərliyində dənizin sahilində başlayacaq...

“Report” “TAP”a istinadən xəbər verir ki, xüsusilə yaxın günlərdə çıxış nöqtəsindəki geostatik yükün sabitləşdirməsı istiqamətində aparılan müvəqqəti işlər yekunlaçacaq, bu da sahildən təqribən 1 km uzaqlaşması deməkdir.

Məlumatda bildirilir ki, xüsusi qaldırıcı qurğusu ilə təchiz olunmuş gəmi müəyyən bərpa işlərini aparacaq. İşin bu mərhələsinin sonunda keçən yazdan həyata keçirilən "göstebek"in bərpası davam etdiriləcək.

Xəbərdə qeyd olunur ki, tikinti işləri ilə paralel olaraq ətraf mühitin monitorinqi də intensiv şəkildə aparılacaq: "Dəniz bioloqlarından ibarət bir qrup, 24 saat ərzində suyun bulanıqlıq səviyyəsinin monitorinqini, başqa bir gəmi isə gün ərzində məməlilərin müşahidəsini aparacaq".

Xatırladaq ki, 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 4,5 milyard dollara başa gələcək olan boru kəməri ilə 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılması nəzərdə tutulur. Bu layihə Bolqarıstanın qaz ehtiyacının 33%-ni, Yunanıstanın 20%-ni, İtaliyanın isə təxminən 10,5%-ni qarşılayacaq. “BP”, İtaliyanın “SNAM” və Azərbaycanın “SOCAR” şirkətləri hər biri 20% hissə payı ilə layihənin əsas 3 investoru hesab olunur.

pia.az


Etiket: TAP


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar