Çərşənbə axşamı, 26 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Tanınmış səyahətçilər Ağdamda minatəmizləmə prosesi ilə tanış olublar

Azərbaycanda səfərdə olan bir qrup tanınmış səyahətçi işğaldan azad edilmiş Ağdamda minatəmizləmə prosesi ilə tanış olub.

PİA.az xəbər verir ki, Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) region üzrə əməliyyat meneceri Ehtiram Cəfərov ərazinin minalardan təmizlənməsi, həmçinin aşkar edilmiş mina və hərbi sursatın zərərsizləşdirilməsi prosesinin necə həyata keçirildiyi barədə onlara məlumat verib.

Onun sözlərinə görə, hazırda əsas məqsəd yolların və əsas nəqliyyat infrastrukturunun minalardan təmizlənməsidir: “Hazırda dəmir yolu sahəsinin minalardan təmizlənməsi həyata keçirilir. Təmizlənmiş 2 km-lik ərazidə 40-dan çox mina aşkar edilib. Təkcə yollarda 100-dən çox mina aşkar edilib”.

O, Ermənistanın təhvil verdiyi mina xəritələrinə əsasən Ağdam rayonu ərazisində 97 min minanın basdırılmış olduğunu deyib.

Xatırladaq ki, sentyabrın 27-də Füzuli Beynəlxalq Hava Limanına ilk sınaq kommersiya uçuşu baş tutub. Tanınmış beynəlxalq səyahətçilər sınaq uçuşu ilə Füzuliyə təşrif buyurublar. Füzuli hava limanından sonra onlar Ağdama və Şuşaya səfər edəcəklər. (Report)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Hafiz Hacıyev süni nəfəs aparatından ayrıldı - Yenilənib

Şeyxin "Azərbaycan" sözünü düzgün yaza bilməyən deputat qardaşı məsxərəyə qoyuldu - Foto

"Meyitin sifətinə baxıb əsəbləşdim, qulaqlarını, burnunu kəsib, gözlərini çıxartdım..." - Məhkəmə

İlham Əliyevdən “Azərbaycanın daimi Prezidenti” adı təklifinə reaksiya

“Bir ilədək azərbaycanlılar İrəvana, biz isə Bakıya sərbəst gedib-gələcəyik” - Erməni deputat

Tatarıstandan müstəqillik addımları: Kazan Rusiyanın qanunlarını tanımır

Manatın devalvasiyaya uğraması riski hansı səviyyədədir?

“Əli Əkbər Vilayətidən soruşdum: niyə Ermənistana dəstək verirsiniz? Dedi Türkiyənin önünü kəsmək istəyirik...”

Şeyxin deputat qardaşı sürücüsünü cəzalandırdı: “Facebook”a görə - Foto

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay