Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tanınmış müğənnidən İcra başçısına sərt sözlər - “Şəhidimin ayaqqabısında olan qeyrət sənin özündə yoxdur”

Tanınmış müğənni Vüqar Muradov Qax rayon İcra başçısı Musa Şəkiliyevi sərt tənqid edib.

Bakupost.az xəbər verir ki, o, bu barədə şəxsi "Facebook" hesabındakı paylaşımında bildirib.

Qaxın İcra başçısı Musa Şəkiliyev, ya Qax camaatına dəyər ver, problemlərini həll et, şəhidin ailəsinə, qazilərə sahib çıx, ya da şələ-şüləni yığışdır, rədd ol get tutduğun vəzifədən. Sən oğullarını müharibədə gizlətdin, amma Sadiq canını qoydu vətən uğrunda. Sən qaxlıların bir nömrəli düşmənisən. Sənə bütün qaxlılar nifrət edir. Zərrə qədər kişliyin qalıbsa ərizəni yaz bas bayıra. Şəhidimin ayaqqabısında olan qeyrət sənin özündə yoxdur. “Əvvəl necə kasıb yaşamısınız, indi də elə yaşayın”. Bu sözü yataqxanada ailəsi, üç uşağı qalan şəhid polkovnik-leytenant Sadiq Məmmədovun ailəsinə deyib bu meşəbəyi Musa. Ağıllı ol Musa, ağıllı ol. Prezidentin şəhid ailələrinə, qazilərə ayırdığı pulları yemisən, üstündən su içmisən. Zəhər edərik sənə yediklərini. DTX bir zəhmət bu Musayla görüşün. Sizə güvənirik.”

Xatırladaq ki, Vüqar Muradov 44 günlük Vətən savaşında ön cəbhədə könüllü olaraq xidmət göstərib.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar