Əfqanıstanın şimal-şərqindəki Baqlan əyalətində yenidən Milli Müqavimət Cəbhəsi döyüşçüləri ilə "Taliban" qüvvələri arasında silahlı toqquşmalar başlayıb. Xarici KİV-lərin yaydığı məlumata görə, bu barədə Əfqanıstan İslam Agentliyi xəbər yayıb. Qeyd olunur ki, toqquşmalarda azı 7 vəzifəli şəxs öldürülüb. Ölənlər arasında Federal Vergi Xidmətinin iki komandiri də var. Hadisənin digər təfərrüatları hələ açıqlanmır.
pia.az