Cümə axşamı, 19 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Tağıyevin heykəlini zədələyənlər deputatın şirkətinin işçiləri olub 

Vüqar Tağızadə və Allahverdi Məmmədli "Kontakt Home”nin satış menecerləridir

Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vuran şəxslərin "Kontakt Home” Mağazalar Şəbəkəsinin əməkdaşları olduğu bildirilir.

PİA.az -ın xəbərinə görə, bu barədə Meydan TV-yə adının açıqlanmasını istəməyən mənbə məlumat verib.

Bildirilir ki, yanvarın 18-də paytaxtın Səbail rayonunda qoyulan abidəni zədələməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Vüqar Tağızadə və 1996-cı il təvəllüdlü Allahverdi Məmmədli "Kontakt Home”nin satış meneceridir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətininin yanvarın 19-da yaydığı məlumata görə, Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Qeyd olunan hərəkətlərdə xuliqanlıq, tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama əməlinin tərkib əlamətləri olduğundan fakta görə Səbail RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221-cü (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə cinayət işi başlanılıb.

Bu hadisədən sonra həmin şəxslərin (Vüqar Tağızadə və Allahverdi Məmmədli) işdən qovulduğu bildirilir və tapşırığın deputat Elnur Allahverdiyev tərəfindən verildiyi deyilir.

Şirkət hadisə təsdiqlənərsə, müvafiq addımlar atılacağını deyir

"Kontakt Home” Mağazalar Şəbəkəsinin PR meneceri Vəfa Rustamova saxlanılan şəxslərin onların əməkdaşları olduğunu təsdiqləyib. Amma baş verən hadisəyə görə "Kontakt Home”nin məsuliyyət daşımadığını deyib:

"Azərbaycanda il ərzində 30 000-dən çox irili-xırdalı cinayət hadisəsi törədilir. Həmin hadisələri törədənlərin böyük əksəriyyəti də hardasa işləyir. Bu o demək deyil ki, iş yerləri həmin insanlara görə cavabdehlik daşıyır. İş yerləri yalnız işçilərin əmək fəaliyyətlərinə və iş saatlarında etdikləri hərəkətlərə nəzarət edir və müəyyən mənada cavabdehlik daşıyır”.

"Hadisədə şübhəli bilinən şəxslər şirkətimizdə satış təmsilçisi kimi çalışırlar. Biz işə qəbul prosesində namizədlərin peşəkar keyfiyyətləri ilə yanaşı, şəxsi keyfiyyətləri barədə də referanslar toplayırıq. Hər iki şəxs haqda nə əvvəlki iş yerlərindən, nə də şirkətimizdə çalışdıqları müddətdə həmkarlarından mənfi rəy almamışıq, iş öhdəliklərini də qaydasında yerinə yetiriblər. Doğrudur, sözügedən hadisə işdən kənar vaxtda baş verib. Buna baxmayaraq, baş verən bu hadisəyə görə özümüzü mənəvi günahkar hesab edirik. Milli dəyərlərə hörmət edən şirkət kimi abidənin bərpasına öz töhfəmizi verməyə hazırıq. İstənilən tarixi və mədəniyyət abidəmizə qarşı hörmətsiz rəftar bizim üçün qəbuledilməzdir”, – deyə o bildirib.

O həmçinin qeyd edib ki, hazırda istintaq davam edir, əgər əməkdaşların hadisəni törətdiyi təsdiqlənərsə, şirkət qanunvericiliyin tələblərinə müvafiq addımlar atacaq.

"Kontakt Home” Mağazalar Şəbəkəsinin deputat Elnur Allahverdiyevə məxsus olduğu bildirilir.

Elnur Allahverdiyev 2001-ci ildən 2020-ci ilə qədər "ABC-Telecom” MMC-nin Baş direktoru olub.

14 noyabr 2014-cü ildən 29 dekabr 2019-cu ilədək Sloveniyanın Azərbaycanda olan Fəxri Konsulu vəzifəsində çalışıb.

26 mart 2018-ci ildən 1 iyul 2021-ci ilə qədər "Azərcell” MMC-nin Müşahidə Şurasının sədri olub.

Elnur Allahverdiyev 2020-ci ildə parlament seçkiləri ilə əlaqədar bütün sahibkarlıq fəaliyyətini dayandırdığını açıqlayıb.

Azərbaycanda bir sıra biznesmen deputatlar kimi rəsmi şəkildə biznes fəaliyyətindən imtina etməsinə baxmayaraq, Elnur Allahverdiyevin də hələ də "Kontakt Home” Mağazalar Şəbəkəsinin sahibi olaraq qaldığı bildirilir.

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Rüstəm İbrahimbəyovun yerinə Kinematoqrafçılar İttifaqına kimin sədrlik edəcəyi bilindi

"Əli Həsənova verdiyim 10 kaseti ermənilər qarşıma qoydular" - Şahbaz Quliyev

“AZAL ziyanla işləsə də, “Canik”in Qara dəniz sahillərində otelləri, Türkiyədə mülkləri...” 

Paşinyan Kremldən KTMT qüvvələrinin İrəvana yeridilməsini xahiş edib

Qiymətlərin dağ başına çıxdığı Azərbaycanda kasıb əhali bir ildə iki dəfə azalıb - Statistika belə deyir...

Hərbi qulluqçular məcburi icbari narkoloji müayinədən keçiriləcək

Dövlət başçıları Heydər Əliyev Mərkəzində klassik avtomobillərin sərgisi ilə tanış olublar - Fotolar

Paşinyan etirazlarla əlaqədar KTMT-dən İrəvana qoşun yeritməyi xahiş edib

Ən çox oxunanalar