Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şuşada niyə saziş deyil, bəyannamə imzalandı? - İkisi arasında hansı fərq var?..

Şuşa bəyannaməsi deklarasiya xarakterlidir və iki ölkə arasında saziş statusunda deyil...

Sabiq xarici işlər naziri: “Əgər ölkələr arasında razılıq varsa, imzalanan sənədin bəyannamə, yaxud da saziş olmasının o qədər də önəmi yoxdur”.

Azərbaycan və Türkiyə arasında razılaşdırılan öhdəlik öhdəlikdir. Bu öhdəlik də bəyannamə şəklində olsa da, saziş şəklində olsa da eyni qüvvəyə malik olan öhdəlikdir”.

Bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Şuşa bəyannamənin iki ölkə arasında sazişə çevrilməsini mümkünlüyünü PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Türkiyə Prezidenti Recep Tayyip Erdoğan və Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərində Azərbaycan-Türkiyə arasında müttəfiqlik haqqında “Şuşa bəyannəməsini” imzalayıblar.

Yeni müqaviləyə əsasən, Türkiyə və Azərbaycandan hər hansı birinə üçüncü ölkə tərəfindən təhlükə olarsa, bu ölkələr bir-birini qorumaq üçün birgə addımlar atacaqlar.

Amma o da məlumdur ki, Şuşa bənnaməsi deklarasiya xarakterlidir və iki ölkə arasında saziş statusunda deyil. Bu bəyannamənin iki ölkə arasında sazişə çevrilməsini mümkün hesab etmək olar və hazırda bəyannamənin sazişə çevrilməsi yolunda hansı daxili və xarici manelər var?

Mövzunu PİA.az-ın əməkdaşı sabiq xarici işlər naziri Tofiq Zülfüqarov ilə müzakirə edib.

Tofiq Zülfüqarov: “Mən sazişlə bəyananmı arasında hüquqi baxımından da heç bir problem görmürəm”.

Şuşa bəyannaməsinin bundan sonra iki ölkə arasında münasibətləri formalaşdıran əsas sənəd hesab edildiyini düşünən sabiq nazir PİA.az-a açıqlamasında qeyd edib ki, bəyannamədə razılaşdırılan bütün məsələlər də hüquqi baxımdan bütün prosedurlarla yerinə yetiriləcək:

“Əvvəla onu qeyd edim ki, iki ölkə arasında razılıq var. Bu razılığa görə də Şuşa bəyannaməsi imzalandı. Bu bəyanamə də bundan sonra iki ölkə arasında münasibətləri formalaşdıran əsas sənəd kimi çıxış edəcək.

Əgər ölkələr arasında razılıq varsa, imzalanan sənədin bəyannamə, yaxud da saziş olmasının o qədər də önəmi yoxdur. Bu baxımdan Şuşa bəyannaməsi də artıq Azərbaycanla Türkiyə arasında münasibətləri nizamlayan əsas sənəd hesab edilir. Bəyannamədə razılaşdırılan bütün məsələlər də hüquqi baxımdan bütün prosedurlarla yerinə yetiriləcək.

Bir daha qeyd edim ki, Azərbaycan və Türkiyə arasında razılaşdırılan öhdəlik məlumdir. Bu öhdəlik də bəyannamə şəklində olsa da, saziş şəklində olsa da, eyni qüvvəyə malik olan öhdəlikdir. Mən sazişlə bəyananmı arasında hüquqi baxımından da heç bir problem görmürəm”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar