Bazar ertəsi, 26 İyul 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+20 ° Quba
+19 ° Qusar
+25 ° Gəncə
+25 ° Lənkəran
+29 ° Naxçıvan
+25 ° Salyan
+23 ° Şəki
En

Şuşada “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” kompozisiyası təqdim olunub

İyunun 15-də Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiya təqdim edilib.

Musavat.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanım Əminə Ərdoğan musiqili kompozisiyaya baxıblar.

Musiqili kompozisiyada Azərbaycan Atçılıq Federasiyasının təqdim etdiyi Qarabağ atlarının möhtəşəm çıxışının müşayiətilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının, Azərbaycan Dövlət Rəqs ansamblının, “Mirvari” rəqs ansamblının və Bakı Xoreoqrafiya Akademiyasının tələbələrinin rəqsləri, “Natiq” ritm qrupunun ifaları təqdim olunub. Proqramda Azərbaycanın və Türkiyənin xalq və bəstəkar mahnıları səslənib.

Tədbir zamanı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana ən qədim at cinslərindən olan “Zəfər” adlı Qarabağ atı və “Xarıbülbül” kompozisiyası hədiyyə edilib. “Xarıbülbül” kompozisiyasında Qarabağın rəmzi sayılan iki xarıbülbül gülü birləşərək Azərbaycan ilə Türkiyə arasındakı əbədi dostluq və qardaşlıq münasibətlərini təcəssüm etdirir.

Şuşada təşkil olunan tədbirin qonaqlarına, həmçinin Heydər Əliyev Fondunun “Qarabağın mədəni irsi” adlı nəşrlər toplusu hədiyyə olunub. Topluya ədəbiyyat, musiqi, memarlıq sahələrini, xalq sənətkarklığını və xalçaçılıq sənətini əks etdirən ayrı-ayrı nəşrlər daxildir.

pia.az 


Etiket: Şuşa


Digərxəbərlər

Populyar xəbərlər

Prezidentin xüsusi tapşırıqlar üzrə səfiri “manıs” çıxdı

Paşinyanın Tavuş bölgəsinə müəmmalı səfəri – Qazaxın kəndləri geri qaytarılır?..

“Rusiya Ermənistana deyir ki, başlayın atəş açmağa” - Deputat

İcra başçısının əməli etiraza səbəb oldu – Video

“Azərbaycana göstərdik ki, dişimiz yoxdur: Bu, Qarabağın sonu olacaq”

Xudayarın müharibədə oxuduğu daha bir mahnısı tapıldı - Video

Bunu edənləri 500 manata qədər cərimə gözləyir

Qalib Prezident və xəyanətkar komanda: yumruğu stola vurmaq zamanadır!

Üzeyir Hacıbəylini tanımayan Xalq artisti: Onu kim “Toylar kralı” etdi?

Vicdanın nə olduğunu bilməyən Şeyxdən nə gözləyirik ki

Ən çox oxunanalar