Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Şuşa ili” ilə əlaqədar silsilə tədbirlər davam edir - Fotolar

Şuşa ili” ilə əlaqədar Nəsimi rayonu İcra Hakimiyyəti Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Mahnı teatrında “Şuşa,sən azadsan” adlı konserti keçirildi. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri, qazilər, pedaqoji işçilər və tələbələr iştirak etdilər.

Əvvəlcə Azərbaycan Rerpublikasının Dövlət himni səsləndirildi. Azərbaycanın müstəqilliyi, torpaqlarımızın müdafiəsi yolunda, Vətən uğrunda canını fəda edən bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olundu.
Tədbiri giriş sözü ilə Nəsimi rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov açıq elan edərək bildirdi ki,haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olundu. Şuşa zəfərindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılmış, quruculuq işlərinin təşkilində çevikliyin, səmərəliliyin təmin olunması üçün burada dövlət idarəetməsinə böyük diqqət yetirilmiş, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılmışdır. Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmişdir. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət almış, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır.

Sonra kollecin qazi müəllimi İdris Hüseynov, tələbələrdən Əzizbəy Muradov və Nicat Mənsimova Rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olundu, həmçinin Səid Rüstəmovun 115 illiyinə həsr edilmiş müsabiqədə yer tutmuş 1-ci yerin qalibləri Adəm Qurbanov, Fateh Şıxəliyev, Kəmalə İsakova, Mehdi Sadıqzadə və Ayxan Bəliyarlı da İcra Hakimiyyəti tərəfindən mükafatlandırıldılar.

Tələbələr vətənə aid şer, mahnı və kompazisiyalar təqim edərək maraqlı, rəngarəng ifalarla çıxışlar etdilər.

Tədbirin sonunda xatirə şəkilləri çəkildi.

Fotolar

pia.az

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar