Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şuşa bəyannaməsi... - Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri hansı səviyyəyə qalxdı?

Xüsusən müdafiə sahəsində bu sənəd Azərbaycanın və Qarabağın gələcəyinə nə vəd edir?..

Politoloq: “Dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri zamanı imzalanan Şuşa bəyannaməsi tarixi bəyannamədir”.

Şuşa bəyannaməsinin siyasi yükü olduqca ağırdır. İlk öncə onu qeyd etmək lazımdır ki, bu iki ölkə arasında faktiki olaraq hərbi ittifaqı təsdiqləyən müqavilədir”.

Bu sözləri politoloq Turan Rzayev Şuşa bəyannaməsini PİA.az-a şərh edərkən qeyd edib.

Dünən Türkiyə prezidenti R.Ə.Ərdoğanın Şuşaya səfəri zamanı Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandı.

Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Türkiyə və Azərbaycan qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək eyni mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi ilə yanaşı, həmçinin BMT, ATƏT, Avropa Şurası, TDƏŞ, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla, beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək verirlər.

Sənəddə birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi də xüsusi yer tutur. Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur.

Bu sənədlə Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri hansı səviyyəyə qalxdı? Xüsusən müdafiə sahəsində bu sənədin rolu barədə nə demək mümkündür?

Şuşa bəyannaməsini PİA.az-ın əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Təssüf ki, bu gün bizim cəmiyyətdə yalnış düşüncə var. Onlar bunu konfederasiyanın elanı kimi də başa düşürlər. Amma burada məsələ heç də Azərbaycanın Türkiyəyə konfederasiya olunması deyil”.

Qars müqaviləsində Naxçıvanın milli təhlükəsizliyinin Türkiyə tərəfindən qarantı olunduğunu xatırladan politoloq PİA.az-a bildirib ki, Şuşa bəyannaməsi ilə Azərbaycan və Qarabağ Türkiyənin qaratisi altına alındı:

“Dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri zamanı imzalanan Şuşa bəyannaməsi tarixi bəyannamədir. Məsələ ondadır ki, müstəqilliyin ilk illərində Türkiyə- Azərbaycan arasında çox sıx əməkdaşlıq var. Təsadüfi deyil ki, Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri də Türkiyədir. Türkiyə ilə istər tarixi, mədəni, istərsə də etnik bağlarımız bu gün də dövlətlərarası münasibətlərdə özünü göstərir. Cənubi Qafqaz çətin və gərgin siyasi proseslərin baş verdiyi regiondur. Belə regionda Türkiyə kimi müttəfiqin olması başqa dövlətlərdən üstün olmaq deməkdir.

Şuşa bəyannaməsinin siyasi yükü olduqca ağırdır. İlk öncə onu qeyd etmək lazımdır ki, bu iki ölkə arasında faktiki olaraq hərbi ittifaqı təsdiqləyən müqavilədir. Yəni bu gün biz rahatlıqla deyə bilərik ki, Azərbaycan və Türkiyə hərbi müttəfiq ölkələrdir. Bu rəsmi şəkildə Şuşa bəyannaməsində özünü göstərir.

Turan Rzayev: “Türkiyə və Azərbaycan bütün sahələrdə yüksək səviyyədə əməkdaşlıq edirdi. Bu yekun olaraq hərbi müttəfiqlik sahəsində də təsdiqləndi”.

Müqavilənin ölkələrə gətirəcəyi yenilikdən danışanda ilk olaraq müqavilənin Qars müqaviləsinin təməli prinsiplərində yarandığını vurğulamaq lazımdır. Qars müqaviləsində Naxçıvanın milli təhlükəsizliyi Türkiyə tərəfindən qarantı olmuşdu. Şuşa bəyannaməsi ilə Azərbaycan və Qarabağ Türkiyənin qarantısı altına alındı. Yəni bundan sonra Azərbaycan ərazisinə ediləcək istənilən işğal cəhdi Türkiyəyə edilmiş sayılacaq. Çünki bu müqavilə eyni zamanda NATO-nun təməl bəyannaməsinə də bənzəyir. Burada birimiz hamımız, hamımız birimiz prinsipi əsas götürülür.

Türkiyə və Azərbaycan bütün sahələrdə yüksək səviyyədə əməkdaşlıq edirdi. Bu yekun olaraq hərbi müttəfiqlik sahəsində də təsdiqləndi. Təssüf ki, bu gün bizim cəmiyyətdə yalnış düşüncə var. Onlar bunu konfederasiyanın elanı kimi də başa düşürlər. Amma burada məsələ heç də Azərbaycanın Türkiyəyə konfederasiya olunması deyil. Ümumiyyətlə konfederasiya məsələsinin bu gün aktual olduğu düşünmürəm”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar