Çərşənbə axşamı, 22 İyun 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Sumqayıtda narkotik satan ana və qızı tutulub - Video

Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində şəhər ərazisində silsilə əməliyyatlar həyata keçirilib.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, nəticədə külli miqdarda, yəni, 2 kiloqram 400 qrama yaxın yüksək təsiredici xassayə malik narkotik vasitələr və 149 ədəd psixotrop tərkibli dərmanlar qanunsuz dövriyyədən çıxarılıb.

Belə ki, Polis İdarəsinə şəhər ərazisində “Qəmər” və “Sədat” adlı şəxslərin narkotik vasitələrin satışı ilə məşğul olduğu barədə əməliyyat məlumatları daxil olub. Həyata keçirilən təxirəsalınmaz əməliyyat nəticəsində onların əvvəllər dəfələrlə narkotik vasitələrin qanunusuz dövriyyəsi ilə məşğul olduqlarına görə məhkum edilmiş Sumqayıt şəhər sakinləri Qəmər Cəfərova və qızı Sədat Cəfərova olduqları müəyyən edilib. Polislər tərəfindən saxlanılan zaman Q.Cəfərovanın üzərindən 11 qram satmaq üçün nəzərdə tutulan heroin və psixotrop maddə “metamfetamin” aşkar olunaraq götürülüb. O, ifadəsində narkotik vasitələrin bir hissəsinin isə qızı S.Cəfərovanın evində olduğunu bildirib.

Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən əməliyyat tədbirlərinin davamı olaraq S.Cəfərovanın saxlanılması istiqamətində onun yaşadığı ünvana gedilib. Məsuliyyətdən yayınmaq istəyən S.Cəfərova 18 yaşlı qızını öz çirkin əməllərinə alət edərək evində olan külli miqdarda narkotik vasitələri ona verib təcili yaşadıqları evi tərk etməsini istəyib. Bu zaman o, polislər tərəfindən binanın çıxış qapısında saxlanılıb və əlindəki bağlamaya baxış zamanı anasının gizlətmək üçün verdiyi ümumi çəkisi 1 kiloqram 700 qram narkotik vasitə, o cümlədən, 817 qram heroin, 703 qram “metamfetamin”, 60 qram marixuana, 90 qram tiryək və 141 ədəd satışı qadağan edilən “Metadon” həbləri aşkar olunaraq götürülüb.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

MSK: Nikol Paşinyan seçkilərin qalibidir - Partiyası seçkilərdə 53,9 % səs alıb - Yenilənib

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Pirallahı RİH-də əməliyyat keçirir 

Simonyanın 7 və 8 yaşlı uşaqları türkləri öldürməyə çağırdı - Video

Moskvadan Paşinyanın qələbəsinə gözlənilməz reaksiya

Nikol Paşinyan: “Hökuməti təkbaşına formalaşdıracağıq”

Koçaryanın seçki qərargahı: “Ümidimiz şəhər vilayətlərinə, xüsusən də İrəvanadır”

Erməni xalqının darmadağın etdiyi müxalifət və zəfər şərabını yenidən içən Paşinyan...

Rusiyanın reallaşmayan Ermənistan planı... - Bir daha Paşinyanı seçdiyinə görə Kreml erməni xalqını cəzalandıra bilərmi?

Azərbaycanda əhaliyə yenidən 190 manat ödəniləcək

Tural Səfərovu Naxçıvanda niyə həbs ediblər? – Zorla sildirilən statusda nə yazılıb?

"Azərbaycan hakimiyyəti kaftar sürüsündən canını qurtarmalıdır" - Aslan İsmayılov

Ən çox oxunanalar