Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sumqayıtda naməlum şəxs qarət edə bilmədiyi mağazanı yandırdı - Foto

Sumqayıtda naməlum şəxs qarət edə bilmədiyi mağazanı yandırıb.

Məlumata görə, hadisə şəhərin 4-cü məhəlləsində binalardan birində qeydə alınıb.

Oğurluq etmək istəyən şəxs sentyabrın 6-da gecə saatlarında ərazidə olan ticarət obyektlərini qarət etmək istəyib. Həmin şəxs ərazidə olan “Dönər evi”nin qapısını sındıraraq içəri girib, orada olan ərzaq məhsullarını, suları və 500 manata yaxın pulu götürüb.

Sonra isə oğru digər obyektə - kiçik ərzaq mağazasına girməyə cəhd edib. Qapını aça bilmədiyindən obyektin plastik material olan hissəsini yandırıb içəri girməyə çalışıb. Lakin o, istəyinə nail ola bilməyərək aradan çıxıb.

Mağazanın icarədarı Rəsmiyyə Abbasova bildirib ki, həmin şəxs öz niyyətini sentyabrın 17-də gecə saatlarında yenidən həyata keçirmək istəyib. Oğurluq etmək istəyən şəxs ərazidə olan digər obyektlərdə quraşdırılan müşahidə kamerasına düşüb.

R.Abbasovanın sözlərinə görə, ona 10 min manata yaxın ziyan dəyib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırmalar aparılır və hadisənin səbəbkarlarının tapılması istiqamətində müvafiq addımlar atılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - Yenilənib

Ən çox oxunanalar