Bazar ertəsi, 27 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Sülhməramlıların mandat problemi... - Azərbaycanla Rusiya arasında gərginlik artır?

Rusiya bu məsələdə Azərbaycana qarşı təzyiqlərində nə qədər irəli gedə bilər?..

Politoloq: “Rusiya Azərbaycana qarşı təzyiq xarakterli əməliyyatlara başlasa, Azərbaycan əlinin altında olan ehtiyyat imkanlarından istifadə edəcək”.

Rusiya sülhməramlıları məğlub Ermənistanın könlünü almaq üçün daha nə qədər onlara yardım edəcəklər?”.

Bu sözləri politoloq Qabil Hüseynli son günlərdə Rusiyanın Azərbaycana qarşı təzyiqləri artırması ilə bağlı iddiaların səbəblərini və bunun nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Bu günlərdə Ermənistaın baş naziri Nikol Paşinyan təxribat xarakterli bəyanat verərək bildirib ki, Azərbaycan Qarabağdakı sülhməramlıların mandatı ilə bağlı sazişi imzalamaqdan imtina edir və bu da əslində üçtərəfli bəyanatı sabotaj etmək anlamına gəlir. Bundan sonra isə Jirinovskinin Azərbaycana qarşı təhdid dolu məlum bəyanatı səsləndi. Hazırda belə fikirlər səsləndirilir ki, bu məsələ ilə bağlı Rusiya ilə Azərbaycan arasında gərginlik mövcuddur. Bu gün isə Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasından vitse-spikerliyə namizədi Ruben Rubinyan bildirib ki, sərhəd məsələsinin sülh yolu ilə nizamlanmasında Rusiya Ermənistanı dəstəkləyir. Rubinyan hətta KTMT-nin də məsələyə müdaxiləsini istisna etməyib.

Əslində sülhməramlıların mandatının müəyyən edilməməsi və təsdiqlənməməsi ilə bağlı Ermənistan tərəfinin narahatçılığı başa düşüləndi. Çünki hər nə qədər Ermənistan ordusunun “məğlubedilməzliyind­ən” dəm vurub erməni əsgərlərini “aslanlar” adlandırsalar da, çox yaxşı bilirlər ki, nə Xankəndini, nə də Yeravanın özünü heç iki gün müdafiə edə bilməz və Azərbaycan ordusunun qarşısında pərən-pərən düşərlər. Buna görə də Rusiya ordusunun sülhməramlı adı altında regionda mövcudluğu ermənilər üçün tək xilas yoludur. Bu, həm də rus ordusunun arxasında durub “xoruzlanan”ermənilə­rin regionun təhlükəsizliyini terror edə bilmələri üşün yeganə yoldur. Bu üzdən də Paşinyanın Rusiya sülhməramlılarının mandatı ilə bağlı narahatçılığı anlaşılandır.

Bəs sülhməramlıların mandat məsələsi ilə Azərbaycanla Rusiya arasında gərginlik hansı səviyəyə qədər yüksələ bilər və bu məsələdə Rusiya Azərbaycana qarşı təzyiqlərində nə qədər irəli gedə bilər? Ən əsası, Rusiya üçün çox əhəmiyyətli olan bu məsələdə Azərbaycanın təzyiqlərə davam gətirə bilməsi mümkündürmü?

Azərbaycan-Rusiya münasibətlərinin son vəziyyətini PİA.az-ın əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Rusiya sülhməramlılarının Qarabağdakı hazırkı fəaliyyətləri sülhməramlıların beynılxalq standartlarına tamamilə uyğun deyil. Buna görə də Azərbaycan göz görə-görə başqa dövlətin qoşunlarının sülhməramlı adı altında ölkəsində meydan sulamasına razı olmamalıdır”.

Azərbaycanın müstəqil dövlət olaraq suveren hüquqlarına hörmət edilməsini tələb etdiyini vurğulayan politoloq PİA.az-a bildirib ki, bu nöqteyi-nəzərdən Jirnoviskinin ortaya atılması və onun Azərbaycana və siyasi rəhbərliyə qarşı heç də xoş olmayan ifadələr işlətməsi Rusiyanın siyasi dəllalıq praktikasının ənənəvi metodlarından biridir:

“Heç bir ölkə öz ərazisində başqa dövlətin qoşunlarının yerləşdirilməsinə, və bu qoşunun seperatçılara daimi yardım göstərilməsinə, ölkənin suverenliyini pozaraq onun sərhədlərindən arzuolunmaz şəxslərin ölkəyə buraxılmasına izn verilməsinə razı olmaz və təbii ki, bu dözüləməz haldır. Rusiya sülhməramlılarının hazırda etdiyi isə bundan ibarətdir.

Azərbaycan sadəcə olaraq rus sülhməramlılarının ölkə ərazisinə girməsinə dünya təcrübəsində olan məlum beynəlxalq standartlara uyğun mandatla ölkəyə girməsinə razılıq verdi. Amma sonradan onların sülhməramlı deyil, öz bildiklərini edənlər olduqları məlum oldu. Rusiya sülhməramlılarının Qarabağdakı hazırkı fəaliyyətləri sülhməramlıların beynılxalq standartlarına tamamilə uyğun deyil. Buna görə də Azərbaycan göz görə-görə başqa dövlətin qoşunlarının sülhməramlı adı altında ölkəsində meydan sulamasına razı olmamalıdır.

Azərbaycan müharibədə qalib gəlib və öz mövqelərini möhkəmləndirib. Rus sülhməramlıları məğlub ölkəyə xoş münasibət, bizə kəskin antipatiya nümayiş etdirirsə, bu açıq deyilməlidir. Azərbaycan müstəqil dövlət olaraq suveren hüquqlarına hörmət edilməsini tələb edir. Ruslar bizim ölkəmizin ərazisini bazara çevirə bilməzlər və buna da cəhd eləməsinlər. Bu nöqteyi-nəzərdən Jirnoviskinin ortaya atılması və onun Azərbaycana və siyasi rəhbərliyə qarşı heç də xoş olmayan ifadələr işlətməsi Rusiyanın siyasi dəllalıq praktikasının ənənəvi metodlarından biridir.

Qabil Hüseynli: “Sülhməramlılar Qarabağa yeni diversiya qruplarının gəlməsinə şərait yaradırlar”.

Bildiyimiz kimi Rusiyada seçkilər yaxınlaşır. Jirinovski çalışır ki, bu seçkilərdə Liberal-Demokratları­n mövqeyini daha da gücləndirsin. Buna görə də Jirnoviski Putinə yaltaqlanır. Bir zamanalr Jirinovski xalqın etimadını qazanıb parlamentdə təmsil olunsa da, indi bu belə deyil. İndi Rusiya xalqı Jirnoviskiyə nifrət edir və onu təlxək kimi qəbul edir. Onun çıxışları, davranışları rus xalqına hörmət gətirmir. Jirinovski çoxdan özünü və partiyasını şəxsi maraqları çərçivəsində Rusiya siyasətinin çoxtərəfli alətinə çevirib. danışmağı özünə bir alətə çevirib. Pul ver Jirnoviskinin atasına söy. Pul ver onu itatkar quluna çevir. Bu adamın xisləti budur. O xəstə təxəyyülü bir adamdır və belə bir adamın Rusiyanın siyasi elitasında təmsil olunması ümumiyyətlə biabırçılıqdır.

Jirnoviski Rusiyanın strateji tərəfdaşı olan dövlətlərlə münasibətlərinə xələl gətirən çıxışlar edir. O Gürcüstandan tutmuş Özbəkistana siyasi atmacaları ilə sataşıb və ölkələrin siyasi liderlərini təhqir edib. AOna görə də Rusiya belə bir başı pozulmuş, siyasi əxlaqı olmayan, dövlətlər arasında münaqişəyə yol açan adamın daha da irəli getməsinə icazə verməməlidir.

Jirnoviski öz siyasi partiyasına da xəyanət edir. Demək olar ki, onun heç siyasi partiyası belə yoxdur. Çünki partiya 5-10 avantüristdən ibarətdir. Əgər onlar normal siyasətçi olsaydılar, Jirinovskinin belə çıxışlarına qarşı çıxardılar. Onun partiyası Kremlin əlinin altında olan alətdir. Yeri gələndə isə Kreml onları kiməsə qarşı hürdürür.

Azərbaycan öz suverenliyini qazanmış və xeyli uğurlar əldə etmiş ölkədir. Azərbaycan öz ərazilərini işğaldan azad edərkən Rusiya sülhməramlılarının ölkədə yerləşməsinə o şərtlə razı oldu ki, onlar tərəfsiz mövqe tutacaq və tərəfsiz mövqeyi ilə Azərbaycan-Ermənista­n dövlətləri arasında olan münasibətlərin normallaşmasına töhvə verəcəklər. Amma indi sülhməramlılar Qarabağın müxtəlif yerlərindən Ermənistana qaçmış insanları zorla avtobuslara dolduraraq Qarabağa gətirirlər. Yalandan da daşınan ermənilərin sayını şişirdirlər. Həmçinin onlar Laçın kolrdoruna nəzarət edirlər. Laçın kolidorundan da ölkə ərazisinə keçməyən adam qalmayıb. Xankəndini su yoluna döndəriblər.

Qabil Hüseynli: “Rusiyanın Azərbaycana qarşı təzyiq xarakterli əməliyyatlarının başlamasını düşünmürəm”.

Sülhməramlılar Qarabağa yeni diversiya qruplarının gəlməsinə şərait yaradırlar. Bu diversiya qruplarından bir neçəsini Azərbaycan ordusu əsir götürüb və onların məhkəməsi gedir. Məhkəmədə diversiya qrupunun üzvləri etiraf edirlər ki, müharibə əməliyyatları bitəndən, 10 noyabr Moskva razılaşması imzalanan sonra onları xüsusi təyinatlılar kimi hazırlayıb və həmin ərazilərə göndəriblər. Həmin diversiya qrupları hətta bizim iki əsgərimizi öldürürdülər, bir əsgərimizi isə yaraladılar. Indi buna cavab verilməlidir.

Rusiya sülhməramlıları məğlub Ermənistanın könlünü almaq üçün daha nə qədər onlara yardım edəcəklər?

Azərbaycan qazandığı uğurun nailiyyətlərindən istifadə etməlidir. Rusiyanın ölkəmizə qarşı təzyiqləri artsa, bizim Türkiyə, Pakistan və başqa ölkələr kimi qardaşlarımız var. Rusiya Azərbaycana qarşı təzyiq xarakterli əməliyyatlara başlasa, Azərbaycan əlinin altında olan ehtiyyat imkanlarından istifadə edəcək.

Onu da qeyd edim ki, Rusiyanın Azərbaycana qarşı təzyiq xarakterli əməliyyatlarının başlamasını düşünmürəm”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Çıxışı qalmaqala səbəb olan direktor icra başçısının həyat yoldaşı imiş – Video

Tərtərdə eşidilən partlayış səslərinin səbəbi: Ruslar Ağdərədə erməni mövqelərini partladır?

Laçın dəhlizində Azərbaycan bayrağı dalğalanır - Video

“Məhəbbət Vəliyeva 25-dən çox qohum və rəfiqəsini direktor təyin edib...” - Deputat

Kəmaləddin Heydərov zabitlərin kirayə pulunu hələ də ödəməyib – Problem

Əri ölən "Elif" uzun müddət sonra bu halda görüntüləndi - Foto

"İşçidə günah yoxdur, günah Operativ Qərargahdadır" - Natiq Cəfərli

Güney Azərbaycanlılar SEPAH-ın hərbi təliminə qatılmaqdan imtina ediblər

Putinin qarşısında 3 şərt: Əgər razılaşarsa, Xankəndidə və…

Övladı əlil müəllimə: “Astara RTŞ-nin müdirinə 200 manat, 1 balon bal rüşvət verdim” - Video

Klintonla Yeltsin Kremlin tualetində araq içib sərxoş olublar...

Ən çox oxunanalar