Çərşənbə, 04 Avqust 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

“Sülhməramlılar Qarabağı tərk etməyəcəklər” – Ter-Petrosyan

“Rus sülhməramlıları beş ildən sonra Qarabağı tərk etməyəcəklər”.

Yenisabah.az “Armenian News”ə istinadla xəbər verir ki, bunu Ermənistanın ilk prezidenti, Erməni Milli Konqresindən baş nazirliyə namizəd Levon Ter-Petrosyan bildirib.

Onun sözlərinə görə, insanların 95%-i beş il ərzində Rusiya sülhməramlılarının Qarabağı tərk edəcəyi ilə bağlı yanlış təsəvvürdədirlər. “9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın dördüncü bəndini oxuyun: “Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir. Rusiya tərəfinin sülhməramlı kontingentinin qalma müddəti, tərəflərdən heç biri bu müddəanın tətbiqinə xitam vermək niyyətinin bitməsindən 6 ay əvvəl bəyan etmədiyi təqdirdə, növbəti 5 illik dövrlər üçün avtomatik uzadılması ilə 5 ildir".

Ter-Petrosyan rus sülhməramlılarının gedəcəyi ilə bağlı çaxnaşma yaratmamağa çağırıb. “Yəni Azərbaycan bunu tələb edə bilər, biz də, ruslar da gedə bilərik. Qarabağ əhalisinin Qarabağı tərk etməməsi üçün hər şeyi etməliyik. Bu məsələdə RusiyaErmənistanın maraqları 100% üst-üstə düşür, çünki orada erməni yoxdursa, ruslar getməlidir”.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

General Hikmət Həsənov vəzifəsindən azad edildi

Koronavirusu “öldürən” 12 lider qida - Siyahı

İdarə rəisi anasının yasına gəlməyənləri işdən çıxarır? – Şok iddia

"İndi kiminsə kadrıdır deyə, mandatı “zanit” etməlidir?" - Könül İsmayılova

Qüdrət Qurbanov və Həbib Həsənov da yola salınır - Bu vəzifəlilər onları əvəzlədi

Ayda ən azı 1 dəfə 1 gün heç nə yeməyin - Kraliçanın şəxsi həkimindən müalicə

Eldəniz Səlimovun həbsi atasından gizlədilir - Müəmma

Hansı qan qrupunda İNFARKT riski daha yüksəkdir?

Ən çox oxunanalar