Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sülhəddin Əkbər: “Artıq NATO-nun bir nömrəli düşməni Rusiyadır” - Müsahibə

NATO-nun strateji konsepsiyasında yeni bəndlərin böyük hissəsi NATO-nun Ukraynada hərbi əməliyyatların təsiri altında qarşılaşdığı yeni reallığa həsr olunub...

Siyasi-şərhçi: “Artıq dünyada yeni dünya nizamı formalaşmaqdadır və bununla bağlı geopolitik qarşıdurma həlledici mərhələyə daxil olub”.

“İndi Putin RusiyaAvropaya qarşı açıq təhdid olaraq qiymətləndirilir və Rusiya açıq şəkildə NATO-nun düşməni olaraq dəyərləndirilir”.

Xəbər verdiyimiz kimi NATO-nun Madrid Sammitində Şimali Atlantika Alyansının 30 üzvü tərəfindən yeni strateji konsepsiya təsdiq edildi. Sənəddə “NATO-nun müdafiə alyansı olduğuna baxmayaraq, heç kəs bizim müttəfiq ərazinin hər bir qarışını müdafiə etmək, bütün müttəfiqlərin ərazilərinin suverenliyi və bütövlüyünü qorumaq və istənilən təcavüzkarı məğlub etmək üçün bizim gücümüzə və qətiyyətimizə heç kim şübhə etməməlidir” deyə vurğulanır.

NATO-nun Madrid sammitini PİA.az-ın əməkdaşı siyasi-şərhçi Sülhəddin Əkbər ilə müzakirə edib.

Sülhəddin Əkbər: “ NATO-nun Avropadakı çevik reaksiya qüvvələrinin sayının 300 minə çatdırılması Rusiya üçün çox yüksək bir rəqəmdir və Putinin dünən söylədiyi kimi, Rusiya buna heç də adekvat cavab verə bilməyəcək”.

PİA.az siyasi-şərhçi Sülhəddin Əkbər ilə olan müsahibəni oxucularının diqqətinə çatdırır:

- Sülhəddin bəy, NATO-nun Madrid sammitini necə dəyərləndirərdiz? Rusiya-Ukrayna müharibəsi fonunda NATO-nun yeni sammitinin qəbul etdiyi yeni konsepsiya Avropanın təhlükəsizliyi və Rusiyanın gələcəyi üçün nələr vəd edir?

- Bilirsiniz ki, NATO-nun son strateji konsepsiyası 10 il bundan öncə Lissabon sammitində qəbul edilmişdi. Mövcud olan yeni şərait həmin konsepsiyanın yenilənməsini tələb edirdi. Bu şərait də onunla bağlıdır ki, artıq dünyada yeni dünya nizamı dormalaşmaqdadır və bununla bağlı geopolitik qarşıdurma həlledici mərhələyə daxil olub.

Rusiyanın Ukraynaya təkrar təcavüzü prosesləri daha da aydın bir hala gətirib. Yəni artıq bütün dünya, xüsusilə demokratik dünya, avtoritar rejimlərin məsələsi həll olunmadan dünyada demokratik bir düzən qurmaq, demokratik dünyanın təhlükəsizliyini ( başda avroatlantik məkan olmaqla) təmin etmək mümkün olmayacağını bildi. Buna görə də artıq NATO yenidən düzənlənir.

Mən Rusiya məsələsinin 2021-ci ildə gündəmə gələcəyini, 2022-2023-xü illərdə daha həlledici olacağını illər öncə demişdim. Artıq biz o dönəmi yaşayırıq. NATO həm öz strateji baxışını, konsepsiyasını, həm də strukturunu yeni yaranmış şəraitə uyğunlaşdırır. Bunun üçün də Madriddəki sammitdə NATO ciddi addımlar atdı və atmaqda da davam edəcək.

Sülhəddin Əkbər: “Bundan sonra Avropa üçün birbaşa təhdidə çevrilən Rusiya artıq hədəf taxtasına qoyulub və ABŞ başda olmaqla bütün kollektiv Qərb, NATO bu hədəfdən irəli gələn probemlərin həlli ilə məşğul olacaq”.

Birincisi NATO öz konsepsiya sənədini dəyişdi. Yəni NATO-nun yeni strategiyası qəbul olundu. Burada da Rusiya ən önəmli və birbaşa təhdid hesab olundu. Bunu diplomatik dillə sadə dilə tərcümə etsək, birnömrəli düşmən artıq Rusiyadır. Bundan sonra Avropa üçün birbaşa təhdidə çevrilən Rusiya artıq hədəf taxtasına qoyulub və ABŞ başda olmaqla bütün kollektiv Qərb, NATO bu hədəfdən irəli gələn probemlərin həlli ilə məşğul olacaq.

Bunun üçün NATO-nun hərbi doktrinası da dəyişildi. Bildiyimiz kimi 1997-ci ildə RusiyaNATO arasında imzalanmış əsasnaməyə görə Rusiya tərəfdaş hesab olunurdu. Lakin 2014-cü ildə Rusiya Donbasın bir hissəsini və Krımı işğal edəndən sonra bu hərbi doktrina dəyişikliyə məruz qaldı. Aralıq bir doktiruna qəbul olundu. NATO çəkindirmə və dialoq siyasətinə keçdi. İndi isə artıq NATO çəkindirmə və müdafiə siyasətinə keçib. Hətta “soyuq savaş” dönəmində belə SSRİ-i belə təhlükəli təhdid kimi qiymətləndirilməmişdi. O vaxt SSRİ-yə rəqib olaraq baxılırdı, necə ki, indi Çinə baxılır. Ən önəmlisi odur ki, SSRİ kollektiv Qərb üçün birbaşa təhdid kimi qiymətləndirilməmişdi. Amma indi Putin RusiyaAvropaya qarşı açıq təhdid olaraq qiymətləndirilir və Rusiya açıq şəkildə NATO-nun düşməni olaraq dəyərləndiriıir.

İkinci təhdid kimi beynəlxalq terrorizm dəyərləndirilir, lakin beynəlxalq terrorizm təhdidi belə Rusiya təhdidi kimi təhlükəli hesab edilmir.

Üçüncü isə Çin gəlir. Onsuz da Çin əsas strateji rəqib hesab olunurdu.

Sülhəddin Əkbər: “NATO Putin Rusiyasının tam əksi olaraq genişlənir və güclənir. Artıq Şimal Alyansı Sakit okeana doğru irəliləyir və artıq deyə bilərik ki, NATO rahat bir şəkildə qloballaşma yoluna girir”.

- Rusiya məhz NATO təhlükəsi ilə bağlı olaraq Ukraynaya müharibə açdı. Lakin Türkiyə ilə əldə olunan razılaşmadan sonra İsveç və Finlandiya da NATO-ya daxil olur və ən əsası NATO-nun Avropadakı çevik reaksiya qüvvələrinin sayının 40 mindən 300 minə qaldırılır. Sizcə Rusiyanın buna qarşılıq verəcək gücü varmı və Avropada NATO-Rusiya qarşıdurması nə qədər davam edə bilər?

- İndi NATO-nun Şərq qanadı gücləndirilir. Baltik dənizi NATO gölünə çevrilir. Yəqin ki, Ukrayna müharibəsindən sonra Qara dəniz və Aralıq dənizi də NATO-nun su hövzələrinə çevriləcək. NATO-nun Avropadakı çevik reaksiya qüvvələrinin sayının 40 mindən 300 minə çatması ilə bağlı bəziləri deyirlər ki, “soyuq savaş” dönəmində NATO-nun Avropadakı qüvvələrin sayı bundan da çox idi. Amma nəzərə almaq lazımdır ki, “soyuq savaş” dönəmində SSRİ var idi və 23,4 mln kvadrat kilometr əraziyə sahib olan nəhəng ölkə həm də bütün Şərqi Avropanı öz əsarəti altında saxlayırdı. Həm də NATO-ya qarşı demək olar ki, paritet gücə sahib olan “Varşava Müqaviləsi” Təşkilatı da var idi. İndi artıq SSRİ yoxdur, “Varşava Müqaviləsi” Təşkilatı da yoxdur və “Varşava Müqaviləsi” Təşkilatına daxil olan ölkələrin əksəriyyəti artıq çoxdan NATO üzvüdürlər. Ona görə də o vaxtkı qüvvələr nisbəti ilə indiki qüvvələr arasında fərq böyükdür Eyni zamanda bu günkü Rusiyanın potensialı ilə SSRİ-nin potensialı müqayisə oluna bilməz. Xüsusən də Ukrayna savaşından sonra bu potensial heç müqayisə oluna bilməz. Çünki Ukrayna müharibəsində Rusiya özünün hərbi arsenalının böyük hissəsini sərf etdiyinə görə NATO qarşısıda əvvəlkindən də qat-qat zəif duruma düşməkdədir. İndi Rusiyanın NATO qarşısında güvənə biləcəyi yeganə qüdrəti nüvə arsenalıdır.

Bu baxımdan NATO-nun Avropadakı çevik reaksiya qüvvələrinin sayının 300 minə çatdırılması Rusiya üçün çox yüksək bir rəqəmdir və Putinin dünən söylədiyi kimi, Rusiya buna heç də adekvat cavab verə bilməyəcək. Bu günə qədər NATO-nun Egey dənizi, Qara dənizi, Baltik dənizi və Şimal dənizi istiqamətində artıq Rusiyanın sərhədlərinə çıxıb və faktiki olaraq geosiyasi baxımdan Rusiya NATO-nun yaratdığı müdafiə divarının mühasirəsinə düşüb. Yəni Rusiya qarşısında böyük bir NATO səddi yaradılır.

Sülhəddin Əkbər: “Kollektiv Qərbin və Rusiyanın strateji resursları müqayisə olunmaz dərəcədə bir-birindən fərqlənir. Strateji səbr tərəfdən də görünür ki, ABŞ və kollektiv Qərb özünü necə sakit aparır və tələsmir”.

Heç şübhəsiz bu bütün dünyada gedən proseslərə təsir edəcək. Burada NATO-nun qloballaşmanın da təməlləri atılır. İlk dəfə idi ki, ABŞ-ın NATO-dan kənar 4 müttəfiqi də NATO-nun bu toplantısına dəvət olunmuşdu. Mən Avstraliya, Yeni Zelandiya, Yaponiya və Cənubi Koreyanı nəzərdə tuturam. Bir sözlə NATO Putin Rusiyasının tam əksi olaraq genişlənir və güclənir. Artıq Şimal Alyansı Sakit okeana doğru irəliləyir və artıq deyə bilərik ki, NATO rahat bir şəkildə qloballaşma yoluna girir.

Avropa Rusiya-NATO qarşıdurması strateji qarşıdurmadır. Strateji qarşıdurmada da həlledici qarşılıqlı resurslar və strateji səbr məsələni həll edir. Kollektiv Qərbin və Rusiyanın strateji resursları müqayisə olunmaz dərəcədə bir-birindən fərqlənir. Strateji səbr tərəfdən də görünür ki, ABŞ və kollektiv Qərb özünü necə sakit aparır və tələsmir. Rusiyanın isə getdikcə əsəbləri daha da gərginləşir. Putinin Ukraynaya təcavüzü də açıq şəkildə göstərdi ki, Rusiyanın strateji resursları və strateji səbri tükənib. Putinin Ukraynaya qarşı müharibəyə başlaması da məhz bununla bağlıdır. Çünki Kremldə hesab edirdilər ki, kollektiv Qərb qorxaraq geri addım atacaq və bununla da Rusiya geostreji qarşıdurmadan qalib çıxacaq. Lakin gördüyümüz kimi bu baş vermədi və Rusiya artıq heç də ümidli olmayan bir gələcəyə daxil olub.

Rusiyanın Ukraynaya yönəlik son raket hücumları, birbaşa ticarət mərkəzini vurması, Kiyevin mərkəzini vurması, Litvanı hədələməsi, bütün dünyanı nüvə silahı ilə təhdid etməsi onu göstərir ki, biz çox gözləməli olmayacağıq. Burada iki hesablama var:

Bir hesablamaya görə bu ilin sonuna kimi, o biri hesablamaya görə isə gələn ilin ikinci yarısına qədər bu məsələyə aydınlıq gələcək və Avrasiyada tamamilə fərqli bir nizam formalaşacaq.

- ABŞ həmçinin Sakit okean bölgəsini əhatə edən yeni ittifaq yaradır. Bu yeni ittifaqa ABŞ-la yanaşı Avstraliya, Böyük Britaniya, Yeni Zelandiya və Yaponiya daxildirlər. “Partners in the Blue Pacific” (PBP) adı verilən yeni ittifaqı necə dəyərləndirdiz? Almaniya və Fransanın yer almadığı bu yeni hərbi ittifaqın NATO ilə yolları bu və ya digər şəkildə kəsişə bilərmi?

- Düşünürəm ki, Rusiya təhdidi fikir ayrılıqlarını arxa plana keçirib. Çünki artıq yeni strateji konsepsiyada da qəbul olunub ki, Rusiya ən önəmli və birbaşa NATO ölkələri üçün, eyni zamanda Avroatlantik məkanda sülh, təhlükəsizlik üçün təhdid olunduğu qeyd olunub. Bu sənədin altında da Avropa ölkələrinin, eyni zamanda Fransanın, Almaniyanın imzası var.

Sülhəddin Əkbər: “ABŞ-ın NATO-dan kənar əsas müttəfiqlər şəbəkəsi var. Buraya 17 ölkə daxildir. Yəni ABŞ qlobal təhlükəsizlik sistemini yeniləyir... Beləliklə də, qlobal yeni təhlükəsizlik sisteminin yeni arxitekturası gözümüzün qabağında şəkillənir”.

Hadisələrin gedişi onların maraqlarına tam cavab verməsə də, Rusiya təhlükəsinin bu qədər aktuallaşması onları da qorxudur. Çünki Rusiyanın hərəkətləri təkcə hərbi sfera ilə bitmir. Eyni zamanda Rusiya energetik sahədə, ərzaq təhlükəsizliyi sahəsində də böhran yaradır və bu üzdən hazırda dünya qlobal iqtisadi böhrana doğru gedir. Bəzi ekspertlər dünyada qlobal iqtisadi böhranın qaçılmaz olduğunu bildirirlər. Bu da bütün dünya ölkələrini, o ölkələrin siyasi rəhbərliyini, onların hakimiyyətlərini təhdid edir. Lakin mən enerji və qlobal qida böhranının uzun sürməyəcəyini düşünürəm.

Buna görə də onlar artıq məcburdurlar ki, ABŞ-ın liderliyində və ortaya qoyulan strategiya əsasında hərəkət etsinlər. Onu da qeyd edim ki, Hindistan belə bu prosesə cəlb olunub. Burada ABŞ, Hindistan, Avstraliya, Yaponiya ittifaqını, həmçinin ABŞ, Böyük Britaniya, Avstraliya ittifaqını nəzərə almaq lazımdır.

Eyni zamanda ABŞ-ın NATO-dan kənar əsas müttəfiqlər şəbəkəsi var. Buraya 17 ölkə daxildir. Yəni ABŞ qlobal təhlükəsizlik sistemini yeniləyir. Bu da mövcud strukturlar arasında koordinasiya qurur. Beləliklə də, qlobal yeni təhlükəsizlik sisteminin yeni arxitekturası gözümüzün qabağında şəkillənir. Buna görə də ciddi müqavimətin olacağını düşünmürəm.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar