Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sülh sazişi ilə bağlı Paşinyanın yeni şərtləri - Ermənistan Azərbaycanı tələyə salmaq istəyir?..

Paşinyanın sərhədə Rusiya sərhəd qoşunlarının və KTMT müşahidəçilərinin yerləşdirilməsi təklifləri Azərbaycan üçün nə qədər keçərli ola bilər?..

Politoloq: “Əgər Ermənistan sivil qaydada sərhədlərin delimitasiyası və demarkasiyası prosesini aparmaq istəyirsə, müvafiq sülh müqaviləsini imzalamalıdır. Ermənistanın əsas məqsədi budur ki, sülh müqaviləsi imzalamadan sərhədlərinin təhlükəsizliyini təminat altına alsın”.

Ermənistanın 1 ildən çoxdur göstərdiyi təşəbbüslərə rəğmən, KTMT nə Azərbaycan ərazisinə olan müharibəyə, nə də sərhədlə bağlı olan məsələlərə qarışmır”.

Bu sözləri politoloq Fərhad Məmmədov Ermənistanın baş naziri Paşinyanın Azərbaycanla sərhədlərdə delimitasiya və demarkasiyası üçün irəli sürdüyü şərtləri PİA.az-a şərh edərkən qeyd edib.

Ermənistanın baş naziri Nikol Paşinyan dünən hökümətin iclasında Azərbycanla Ermənistan arasında sərhəd gərginliyi ilə bağlı bir sıra fikirlər və təkliflər səsləndirib. Ermənistan lideri ölkəsinin Azərbaycanla sərhədlərinin delimitasiya və demarkasiyasına hazır olduğunu və buna etiraz etmədilkərini vurğulayaraq, prosesin başlatılması üçün bir neçə şərt irəli sürüb. Paşinyab bildirib ki, demarkasiya ilşlərinin başlaması üçün ilk növbədə Azərbaycan ordusu Ermənistan ərazisindən çəkilməlidir. Bundan sonra isə bütün sərhəd boyunca Rusiya sərhəd qoşunları yerləşdirilməlidir. Paşinyana görə yalnız Rusiya sərhəd qoşunları Azərbaycan-Ermənistab sərhədlərinə yerləşdirildikdən sonra sərhədlərin delimitasiya və demarkasiyasını normal qaydada aparmaq mümkündür.

Hazırkı şəraitdə isə gərginliyin aradan qaldırılması üçün Paşinyan KTMT-nin monitorinq qrupunun Azərbaycan-Ermənista­n sərhədində müşahidə aparmasını təklif edib.

Qeyd edək ki, Ermənistan sentyabr ayından KTMT-yə sədrlik edəcək və belə görünür ki, Paşinyan bu fürsətdən yayarlanmağa çalışır. Paşinyan hesab edir ki, KTMT olmazsa, bu missiyanı ATƏT-in Minsk qrupunun müşahidəçiləri həyata keçirməlidir.

Paşinyanın sərhədə Rusiya sərhəd qoşunlarının və KTMT müşahidəçilərinin yerləşdirilməsi təklifləri Azərbaycan üçün nə qədər keçərli ola bilər? Ümumiyyətlə sentyabr ayında KTMT-də sədriyi alan Ermənistan KTMT-ni münaqişəyə cəlb etməklə nəyə nail olmağa can atır? Paşinyanın şərtlər rellaşarsa, Ermənistanın Azərbaycanla yekun sülh sazişini imzalayarmı, yoxsa bu təklif sadəcə Azərbaycan üçün tələdir?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Fərhad Məmməd ilə müzakirə edib.

Fərhad Məmmədov: “Moskva anlayır ki, Rusiya qoşunları, yaxud da digər beynəlxalq qurumların nümayəndələri oraya gəldikdə Ermənistan yenə də təhlükəsizlik təminatları əldə edib sülh prosesini uzadacaq”.

Ermənistanın yenə də Azərbaycanın ərazi bütövlüyünü tanımadan sərhəd məsələsini həll etmək, digər məsələlərin həllinə mane olaraq üstünlüyü təmin etmək istədiyini vurğulayan politoloq PİA.az-a bildirib ki, qalib olkə olan Azərbaycan belə bir üstünlüyü Ermənistana və Paşinyana verə bilməz:

Ermənistan hələ Tovuz döyüşlərindən başlayaraq KTMT-ni Qarabağ münaqişəsinə qatmaq istəyir. Ermənistan KTMT-nin üzvüdür və Ermənistanın ərazisi KTMT-nin məsuliyyət zonasıdır. Amma Ermənistanın 1 ildən çoxdur göstərdiyi təşəbbüslərə rəğmən KTMT nə Azərbaycan ərazisinə olan müharibəyə, nə də sərhədlə bağlı olan məsələlərə qarışmır.

Paşinyanın istədiyi əsas məqsəd ondan ibarətdir ki, Azərbaycan ordusu geri çəkilsin, Rusiya sərhəd qoşunları əraziyə yerləşdirilsin, Hətta KTMT-nin, ya da ATƏT-in Minsk qrupunun müşahidəçiləri bölgəyə gəlsin və bununla da müxtəlif bəhanələrlə, vaxt uzatmaqla proses dondurulsun. Biz bunu 30 il müddətində Qarabağ danışıqlarında görmüşük. Ermənistan sərhədlərini təminat altına almaq istəyir, bu zaman Azərbaycanın sərhədlərinin, ərazi bütövlüyünün tanınmasından yayınmağa çalışır. Yəni Paşinyan istər KTMT-nin müşahidəçiləri olsun, istər Minsk qrupunun ölkələrinin müşahidəçiləri olsun, ya da hər hansı digər ölkənin müşahidəçilərini sərhədə yerləşdirməklə bufer zona yaratmağa çalışır. Bu isə Ermənistana yaxın bir neçə, bəlkədə onilliklər boyi toxunulmazlıq statusu verəcək. Ermənilərin məqsədi budur.

Azərbaycanın mövqeyi isə ondan ibarətdir ki, biz SSRİ dövründə olan sərhədlər dəqiqləşdirilərk qarşılıqlı olaraq tanınmalıdır. Əks təqdirdə biz öz bildiyimiz kimi sərhədləri müəyyən edirik.

Əgər Ermənistan sivil qaydada delimitasiyası və demarkasiyası prosesini aparmaq istəyirsə, müvafiq sülh müqaviləsini imzalamalıdır. Bir daha qeyd edirəm ki, hazırkı şəraitdə Ermənistanın əsas məqsədi budur ki, sülh müqaviləsi imzalamadan sərhədlərinin təhlükəsizliyini təminat altına alsın. Əgər Ermənistan buna nail ola bilərsə, onda məğlub ölkə statusundan çıxaraq üçtərəfli bəyanatın məsuliyyət çevrəsindən çıxacaq. Buna görə də KTMT-nin müşahidəçilərini sərhədə dəvət etmək niyyətindədir.

Ermənistanın KTMT-yə sədrlik məsələsi rotasiya ilə ola bilər. Düşünürəm ki, KTMT-də sədrliyin Ermənistana rotasiya edilməsi məsələsinə hələ baxılacaq. Hazırkı mövcud vəziyyət, eyni zamanda Ermənistanın son iki il ərzində KTMT-yə vurduğu ziyan, Yeravanın bu təşkilatı təxribata çəkməsi və s. məsələlər yekun qərarın verilməsində öz rolunu oynaya bilər. Hesab edirəm ki, KTMT-nin daxilində də Ermənistanı sədr seçmək məsələsi problemsiz ötüşməyəcək.

Fərhad Məmmədov: “Rusiya da Azərbaycan kimi Ermənistandan müvafiq müqavilələrin imzalanmasını, daha sonra delimitasiyası və demarkasiya prosesinin aparılmasını tələb edir”.

Ermənistan KTMT-nin sərdi olsa belə, KTMT-nin qərar qəbul etmək mexanizmi elədir ki, sədrlik edən ölkə hər hansı təzyiqetmək mexanizminə malik deyil. Bu simvolik bir statusdur. Maksimum KTMT mərkəzi ofisində Ermənistanın hər hansı müraciətini prioritet hesab edib, müzakirə edə bilərlər. Amma qərar qəbul etmək məsələsi konsensursla həll olunur.

Xatırlayırsınızsa, Paşinyanın Moskvaya səfəri öncəsi Peskov Rusiya sərhəd qoşunlarının bütün sərhəd boyunca yerləşdirilməsi məsələni təkzib etdi. Daha sonra prezident İlham Əliyevlə Putinlə görüşəndən sonra Paşinyala Putinin telefon danışığı oldu. Onda da Paşinyan bu fikirləri səsləndirdi. Amma Rusiya buna getmir. Çünki Moskva anlayır ki, Rusiya qoşunları, yaxud da digər beynəlxalq qurumların nümayəndələri oraya gəldikdə Ermənistan yenə də təhlükəsizlik təminatları əldə edib sülh prosesini uzadacaq.

Rusiyanın məsələyə məhz bu cür baxması ona dəlalət edir ki, Rusiya da Azərbaycan kimi Ermənistandan müvafiq müqavilələrin imzalanmasını, daha sonra delimitasiyası və demarkasiya prosesinin aparılmasını tələb edir. Məlumdur ki, delimitasiyası və demarkasiyası məsələsi 1-2 ayın işi deyil. Sərhədlərin delimitasiyası və demarkasiyası üzərində üzərində illərlə komissiya işləyəcək. Lakin ilk öncə hər iki ölkə ümumi olaraq sərhədlərin tanınması haqqında saziş imzalamalı və diplomatik münasibətlərə sahib olmalıdır.

Beynəlxalq müşahidəçilərin, yaxud ölkələrin öz üzərinə götürdükləri öhdəliklərlə bu proses təhlükəsizlik şəraitdə aparıla bilər. Lakin bütün məsələ ondan ibarətdir ki, Ermənistan tərəfi heç bir prossesin başlamasını istəmir, sadəcə sərhədə onu qoruyacaq qüvvə yerləşdirərək prosesi dondurmağa çalışır. Ermənistan yenə də təhlükəsizlik məsələsini özü üçün həll edib, digər məsələlərə mane olmaq və üstünlüyü əldə etmək istəyir. Amma heç kəs bu üstünlüyü onlara vermək istəmir. Azərbaycan isə ümumiyyətlə qalib ölkə olaraq belə bir üstünlüyü Ermənistana və Paşinyana bəxş edə bilməz”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar