Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Süleyman Soylu üzr istədi

Türkiyədə polis rəisi ilə uyğur türkləri arasındakı mübahisəyə görə daxili işlər naziri Soylu üzr istəyib...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulda etiraz aksiyası keçirmək üçün Çin Konsulluğuna gedən uyğur türkləri ilə polis rəisi arasında yaranan mübahisədən sonra daxili işlər naziri Süleyman Soylu “üzrxahlıq” açıqlaması verib. Soylu: “Mövzu ilə bağlı istintaqın başladığını bildiririk”, deyib.

Rəsmi məlumatlara görə, noyabrın 24-də Çinin Sincan-Uyğur Muxtar Bölgəsinin mərkəzi Urumçidə karantində olduğu bildirilən bir mənzildə baş verən yanğına görə 10 nəfər həyatını itirib.

Çində hökumətin sərt karantin tədbirlərinə qarşı etiraz aksiyaları keçirilərkən, Türkiyədə yaşayan uyğurlar səhər saatlarında İstanbuldakı Çin Konsulluğu qarşısında aksiyaya başlamaq istəyiblər. Ancaq qrup burada polis maneəsi ilə qarşılaşıb. Səhər saatlarında konsulluğa gələn uyğurlara polis müdaxilə edib.

Sosial mediada paylaşılan görüntülərə görə, qruplaşmanı konsulluq qapısından uzaqlaşdırmağa çalışan polis rəisi “qışqırma” deyən bir uyğur qaşına “tezliklə hamınızı aşağı süpürəcəyik” deyərək hədələyib. Çevik polisi çağıran rəis oturaq aksiyaya başlayan uyğurlara “sizi saxlayıb, sonra sürgün edəcəyik” deyib. Konsulluğun qarşısında etiraz aksiyasının keçirilməsinə mane olmağa çalışan polislər “Mənim həmsöhbətim Çindir” deyən uyğurlara “o zaman Çinə get” deyərək qışqırıb. Daha sonra bir polis əməkdaşı digər çevik polisə “qazla müdaxilə edin, qaz yoxdurmu?” göstərişi verib.

Soylu: “Bu münaqişə bizi kədərləndirdi”

Daxili İşlər naziri Süleyman Soylu isə ortaya çıxan görüntülərlə bağlı açıqlama verib.

“Etiraz etmək üçün İstanbuldakı Çin Konsulluğuna aksiya üçün gələn uyğur türk qardaşlarımız yolu bağladıqdan sonra bölgənin təhlükəsizliyinin təmin edilməsindən məsul olan dostumuz arasında yaşanan münaqişə bizi çox kədərləndirdi”.

Bəyanatın davamında deyilir:

“Təbii ki, hər bir ölkənin səfirliyinin təhlükəsizliyini təmin etmək bizim borcumuzdur. Ona görə də dostlarımız bu məsələyə xüsusi yanaşırlar. Lakin təhlükəsizliyin qorunması zamanı işlədilən bəzi ifadələr niyyət çərçivəsindən kənardır. Bu cür həssas bir vəzifədə belə ifadələrdən istifadə etməməliyik. Türk əsilli qardaşlarımıza uzun müddətlik oturma icazəsindən vətəndaşlığa qədər bütün sahələrdə xüsusi qurulmuş ofislərlə həssaslıq göstəririk, göstərməyə məcburuq. Bu vəsilə ilə bir daha təəssüf və üzrxahlığımızı bildirir, mövzu ilə bağlı araşdırmalara başlandığını bildiririk”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar