Çərşənbə axşamı, 27 İyul 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+20 ° Quba
+19 ° Qusar
+25 ° Gəncə
+25 ° Lənkəran
+29 ° Naxçıvan
+25 ° Salyan
+23 ° Şəki
En

Süleyman Şensoy: "Şuşa Bəyannaməsi çoxtərəfli mesajları olan bir sənəddir"

"İlham ƏliyevRəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan Şuşa Bəyannaməsinin həm iki ölkənin münasibətləri, həm Qafqaz regionu, həm də bütün türk dünyası üçün çox vacib məsələ olduğunu düşünürəm. İki ölkə arasında münasibətlər artıq NATO-nun 5-ci maddəsində öz əksini tapan "kollektiv müdafiə" prinsipləri əsasında qurulmuş oldu".

Bunu "Report"a açıqlamasında Dünya Türk Forumunun sədri Süleyman Şensoy bildirib.

Onun sözlərinə görə, Şuşa Bəyannaməsi ilə yeni bir model ortaya qoyuldu: "Türkiyə prezidenti tərəfindən Milli Məclisdə dilə gətirilən RusiyaErmənistan da daxil olmaqla 6 ölkənin daxil olduğu regional əməkdaşlıq platformasının qurulması bu yeni modelin səciyyəvi xüsusiyyətləri barədə fikir formalaşdırır. Nəzərə almaq lazımdır ki, bu bəyannamə həm ikitərəfli, həm də çoxtərəfli mesajları olan bir sənəddir. Daha da önəmlisi Türk Şurasının fəaliyyət sferasını da genişlədəcəyini düşünürəm. Digər tərəfdən, bəyannamənin mətni çox əhatəlidir və başqa dövlətlərin də rahatlıqla qoşula biləcəyi formadadır".

S.Şensoy deyib ki, Şuşa ikitərəfli, çoxtərəfli və universal ölçüdə yeniliklərə zəmin yaradan bəyannaməyə ev sahibliyi etdi: "Şuşa Azərbaycan, Türkiyə və bütün türk dünyası üçün də əhəmiyyətlidir. Təbii ki, bu prosesin uğurlu şəkildə davam etməsi üçün Türkiyə və Azərbaycan rəhbərliklərinin çox diqqətli olması lazımdır. Xüsusilə "Zəngəzur dəhlizi" layihəsinin həyata keçirilməsi bəyannamənin ilk və ən önəmli imtahanıdır. Zəngəzur dəhlizi həmçinin iqtisadi baxımdan bölgə üçün vacib məsələdir".

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Kəlbəcər istiqamətində döyüşlər: Zod qızıl yatağı boşaldıldı

Ərdoğanın baş müşavirindən Şeyxlə bağlı daha bir açıqlama

Nəzakət Mehdiyeva MİQ iştirakçılarını aşağıladı: "Bunlardan müəllim olmayacaq, yaxşı ki, kəsilirlər" - Səs yazısı

Peyvənd olunmayanların bu yerlərə girişi qadağan olunacaq - Rəsmi

Bakı Dövlət Universitetinə yeni prorektor təyin edilib

Elçibəyin Allahşükür haqda sensasion çıxışı: “Türk millətini gözdən salırsan” - Video

Xüsusi karantin rejimi ilə bağlı yeni qərar qəbul edilib

Səfir təyin edilən Fuad İsgəndərovdan böyük səhv – Foto

İlham Əliyevdən Abel Məhərrəmovun oğlu ilə bağlı sərəncam

200 minlik “zerkalnı nömrə” tələsi: Ramiz Zeynalovun sərvətinə sərvət qatacaq yeni qapı...

Ceyhun Səfərov “Azəriqaz”-dakı vəzifəsindən azad olundu

Ən çox oxunanalar