Sudan Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Sudan və İsrail münasibətlərin normallaşmasına davam etmək barədə razılığa gəliblər…
PİA.az xarici mətbuata əsaəsən xəbər verir ki, bu barədə Sudan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazirlik İsrail diplomatlarının Sudanın paytaxtı Xartuma səfərindən danışıb. Nümayəndə heyətinə İsrailin xarici işlər naziri Eli Koen başçılıq edib.
“İki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində irəliləyişlə bağlı razılıq əldə olunub", deyə Sudan Xarici İşlər Nazirliyi bildirib.
Həmçinin İsrail diplomatları əlavə ediblər ki, səfər Vaşinqtonun razılığı ilə baş tutub. İki ölkə arasında müqavilə mülki hökumətin səlahiyyətlərini bərpa etdikdən sonra imzalanacaq.
pia.az