Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

STP-də Fuad Nəcəfli “xanədanı” – İşçilərlə qul kimi davranılır?

Azərbaycanın ən böyük sənaye müəssisələrindən olan Sumqayıt Texnologiyalar Parkında (STP) acınacaqlı vəziyyət hökm sürür. Rəhbərliyin yarıtmaz fəaliyyəti isə buradakı ağır durumu daha da dərinləşdirir.

Bu barədə Qlobal.az-ın əldə etdiyi məlumatda deyilir.

Son illər STP-nin iqtisadi artımından, uğurundan mediada geniş yazılsa da, əslində vəziyyətin heç də ürək açan olmadığı deyilir.

Bütün bunlara səbəb isə yarıtmaz idarəçilik göstərilir. STP-də rəhbərlikdə təmsil olunan Fuad Nəcəflinin müəssisənin ağası olduğu bildirilir.

“STP-də yeni məhsul istehsalı, inkişafla bağlı olan sözlər hamısı nağıldır. Həqiqətdə bu müəssisə dağılır. STP-ni burada xanlıq edən Fuad Nəcəfli dağıdır. Buradakı vəziyyətə adamın ürəyi ağrıyır. Bu zavodda Etibar pirverdiyevin vaxtında heç zaman belə özbaşınalıq olmayıb. Fuad Nəcəfli STP-yə gələn kimi özbaşınalığa, dərəbəyliyə şərait yaratdı. Onun qanunsuz əməllərinə keçmiş baş direktor Emin Məmmədov razılaşmadı deyə, onu işdən çıxartdırdı. STP-nin indiki direktoru Ruslan Ağabəyli formalnı direktordu. Onun burada heç bir sözü keçmir. Ruslan Ağabəyli hələ indiyədək qəbuluna gələn heç bir işçinin prblemini həll edə bilməyib. Ancaq Fuad Nəcəfli hansısa işçinin probleminin həllinə söz verirsə anında da həll edilir. Buna görə də işçilər arasında Fuad Nəcəfliyə hamı “xan” ləqəbi qoyub”-deyə məlumatda qeyd edilir.

Daha sonra məlumatda şirkətin talandığı, maxinasiya hallarının olduğu bildirilir.

“Yuxarı instansiyalarda olan vəzifəli şəxslərin burada baş verənlərdən xəbəri yoxdur. Hamı elə bilir ki, STP inkişaf edir. Amma bunlar şirkəti talayırlar. Şirkətin avtomobillərini lift idarəsinə verdilər. İndi reysin birini STP-yə 500 manata satırlar. İşçilərin çoxunu çıxarıblar. İllərlə burada zəhmət çəkən, ömürlərini buraya həsr edən insanları hörmətsiz, qanuna uyğun olmadan bayıra atmaq hansı qanunlara sığır? Müşahidə Şurasında olan Fuad Nəcəfli burada hər bir sahəyə öz adamlarını təyin edib şirkəti talamaqla məşğuldur. Pensiya yaşına 4-5 ay qalmış köhnə işçilərin əksəriyyətini işdən çıxarılar. Heç bir şikayətə də baxılmır. Kadrlar şöbəsinə nəzarət edən Fuad Nəcəflinin adamı Şölə adlı xanımdır. Heç bir işçini qəbul etmir. İşçilərlə Şölə xanımın köməkçisi Aygün xanım danışır. Təbiətən kobud olan Aygün xanım isə işçiləri dinləmir. Bizə deyir ki, 100 nəfəri də birdən çıxararıq, bizə heç kim heç nə deyə bilməz”.

Məlumatda STP-nin metaləritmə zavodunda işçilərlə qul kimi davranıldığı, aylarla maaşların verilmədiyi deyilir.

Məsələ ilə bağlı Sumqayıt Texnologiyalar Parkından mövqe öyrənə bilmədik.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar