Çərşənbə axşamı, 30 Noyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Stanislav Tkaçenko: “Nəqliyyat dəhlizlərinin açılması qaçılmazdır”

İrəvan üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməkdə maraqlıdır.

Bunu Rusiyalı politoloq, “Valday” klubunun mütəxəssisi, Sankt-Peterburq Dövlət Universitetinin professoru Stanislav Tkaçenko Oxu.Az-a verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ermənistan daxildən parçalanmış ölkə olaraq qalır.

“Nikol Paşinyan seçkilərdə öz səlahiyyətlərini təsdiqləsə də, ölkə daxilində daxili və xarici siyasətdən narazı olan opponentləri var. Eyni zamanda, mənə elə gəlir ki, Ermənistanın baş naziri ötən il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməkdə maraqlıdır”, - deyə o, bildirib.

Müsahibin fikrincə, regionda nəqliyyat dəhlizlərinin açılması qaçılmazdır.

“Bu barədə yuxarıda qeyd olunan bəyanatda da vurğulanıb. Azərbaycan öz əsas hissəsindən Naxçıvana çıxış əldə edəcək”, - deyən politoloq Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli sammitinin müharibənin dayandırılması haqqında sazişin imzalanmasının ildönümünə təsadüf edə biləcəyi barədə fikirlərini də bölüşüb.

Dəhlizin açılmasının praktiki müddətinə gəlincə isə o, bu barədə bir düşüncəsi olmadığını deyib.

“Bu, şlaqbaumun açılması və yollarda sadə nişanların tətbiqi deyil. Dəmir yolları və avtomobil yolları tikilməli, yaxud təmir edilməlidir”, - deyə S.Tkaçenko sözlərini yekunlaşdırıb.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Polis "JEK" rəisinin otağında bıçaqlandı - DİN-dən açıqlama, yenilənib

Prezident bu nazir müavinlərini işdən çıxardı - Yeni təyinat

Rəmişin qızı ilə Gülü arasında qalmaqal böyüyür: "Qüruruma toxunub..." - Video

Dəhliz qərarı verildi, qalır rəmzi "adqoyma mərasimi" - əks halda, Ermənistan üçün "əlvida, Laçın dəhlizi!"

Aslan İsmayılovdan Səttar Möhbalıyevə həcv: “Qazini özünü öldürməyə vadar edən…”

Tanınmış ginekoloq qadına şiddətdən danışdı - Video

Deputatdan dövlət qurumuna ittiham: “300 milyonun necə xərcləndiyi məlim deyil“

Prezident “Rossiya-1” telekanalına müsahibə verib

“Futbolu məhv edən Elxan Məmmədov Prezidentlə poz verir” - Aslan Ismayilov

Ən çox oxunanalar