Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Spirtli içki oğurlayan şəxslər saxlanıldılar - Foto

Ağdaş şəhəri ərazisində yerləşən anbarların birindən oğurluq edilib. Polis şöbəsinə müraciət edən zərərçəkən icarə əsasında işlətdiyi həmin obyektdən ümumi dəyəri 4700 manat olan spirtli içkilərin oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri prosessual hərəkətlər yerinə yetirilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ağdaş şəhər sakinləri, əvvəllər də bir neçə dəfə məhkum olunmuş dostlar-Səbuhi Nəbiyev və Təbriz Hüseynov saxlanılıblar. Onlar əməllərini etiraf ediblər və oğurladıqları spirtli içkiləri satdıqlarını bildiriblər. Qalanları isə onlardan maddi sübut kimi götürülüb.

Şəhər ərazisində digər bir oğurluq isə mağazadan edilib. Obyektin qapısı dəmir məhəccərlərlə bağlı olduğu üçün oğrular mağazanın damını sökərək içəriyə daxil olublar. Onlar əvvəlcə müşahidə kameralarının yaddaş qurğusunu sıradan çıxarıb, daha sonra isə kassada olan 3000 manat pulu, eləcə də 5000 manat dəyərində tütün məmulatlarını oğurlayıblar.

“İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qısa zaman ərzində cinayəti törədənlərdən biri, əvvəllər də adam öldürməyə görə məhkum olunmuş Rafiq Muradlı polis əməkdaşları tərəfindən saxlanılıb. R.Muradlı saxlanılan zaman müqavimət göstərib qaçmağa çalışsa da, polis əməkdaşlarının çevikliyi nəticəsində onun bu cəhdinin qarşısı alınıb və tutularaq istintaqa təhvil verilib. Oğurladıqları tütün məmulatları ondan maddi sübut kimi götürülüb. Cinayəti törədən digər şəxsin isə kimliyi müəyyən edilib və saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar