Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şoyqunu istintaqa çağırdılar, o Moskvanı tərk edib Tuvaya getdi

Ukraynanın Təhlükəsizlik Xidməti Rusiyanın müdafiə naziri Sergey Şoyqunun ünvanına məktub göndərərək onu şübhəli şəxs qismində istintaqa ifadə verməyə çağırıb. Bu haqda Ukrayna KİV-ləri sənədin internetə sızmış surətinə istinadla bildirir.

Sənədə əsasən Şoyqunun “qanunla nəzərdə tutulmamış hərbi birləşmənin yaradılması” işi üzrə istintaqa ifadə verməsinə kəskin zərurət yaranıb. Bununla əlaqədar Təhlükəsizlik Xidməti Şoyqunun iyulun 20-də Mariupol şəhərində, Donbas və Luqansk vilayətləri üzrə Baş idarənin binasında gəlməsini tələb edir. Çağırışı Ukrayna Təhlükəsizlik Xidmətinin baş müstəntiqi Taras Butenko imzalayıb.

Lakin Ukrayna Təhlükəsizlik Xidmətinin müstəntiqləri çətin ki, iyulun 20-də Şoyqudan Mariupolda ifadə ala bilsinlər. Çünki Rusiya müdafiə naziri nəinki Ukraynaya getmək fikrindədir, heç Moskvanın özündə onu tapmaq mümkün deyil. Çünki qızı Kseniya Şoyqunun İnstagram-da yazdığı kimi, müdafiə naziri Moskvanın isti və bürkülü havasına dözməyərək vətəni Tuvaya yollanıb. Və orada, tayqa meşələrində atla gəzintiyə çıxıb. Şoyqunun qızı atasının tayqa meşələrində atla gəzintisini əks etdirən qısa video da paylaşıb.  “Moskvada isti və bürkülü olanda, həmişə Vətənə can atırsan”, - müdafiə nazirinin qızı yazıb. (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

İsrail İrana cavab zərbəsi hazırlayır: Hədəf hara olacaq?

Ən çox oxunanalar