Bazar ertəsi, 26 Sentyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sosioloq: “Azərbaycanda evlənmək terror hadisəsi kimi bir şeydir”

“Qızlara 20 minlik cehiz verərək bunun qarşılığında evlənən oğlandan qızıl tələb edilməsi özümüzə tətbiq etdiyimiz rəzil bir terrordur”.

Bu sözləri Azərbaycanda evlilik yaşının artması ilə bağlı Bizim.Media-ya verdiyi açıqlamada sosioloq Elçin Bayramlı söyləyib.

O bildirib ki, bu səbəbdən də getdikcə ölkəmizdə evlənmək yaşı artır:

Azərbaycanda evlənmək yaşının artması iki səbəblə bağlıdır. Birincisi, sosial-iqtisadi vəziyyət, ikincisi isə, bəzi lazımsız adətlərlə əlaqədardır. Kimlərinsə son dövrlərdə dəbə saldığı evlənəcəyin qıza qızıl almaq, qıza 20 minlik cehiz vermək, xərc tələb edən xına mərasimi, nişanın toy kimi keçirilməsi, toyların dəbdəbəli şərtlərlə təşkil olunması gənclərin özlərini evlənməyə hazır hiss etmələrinə imkan vermir.

Nəticədə onlar vaxtı uzatmağa başlayırlar ki, sonra çoxlu pul əldə edib gələcəkdə evlənə bilsinlər. Bu da bizim ailə institutumuzu dağıdır. Bu, cəmiyyətin öz-özünə qarşı tətbiq etdiyi rəzil bir terrordur. Sanki bu cür adət halına salınan əməllərlə millətin kökünü kəsməyə çalışırlar”.

Sosioloqun sözlərinə görə, evlilik yaşının artması ilə bərabər boşanmaların da çoxalması milli genefondumuzu məhvə aparır:

“Gec evliliklər çoxsaylı problemlər yaradır. Həm oğlanlar, həm də qızlar üçün bu keçərlidir. Qızları bahalı cehiz aparmağa məcbur edirlər. Bu proses isə adi adamlar üçün 20-30 min manata başa gəlir. Varlılarda isə milyonlardan söhbət gedir.

Oğlandan evlənmək üçün qızıl, qızdan isə cehiz tələb etmək rəzil və təhqiramiz hərəkətlərdir. Bu gəncləri məhvə aparmağa doğru hesablanmış əməllərdir. Təsadüfi deyil ki, boşanmalarımızın sayı 40 faizə çatıb və məhz bu sahədə dünya lideri olmaq üzrəyik.

Evlənməkdə heç bir standartdan söhbət getməməlidir. İki gənc bir-birini sevirsə və evlilik üçün uyğun görürsə, onlar nikah bağlayaraq evlənməli və bunun üçün kiçik bir məclis təşkil olunmalıdır. İndi hamı salam verdiyi adamı toyuna çağırır. Toyunda insanın ətrafında maksimum 50 nəfər yaxın adam ola bilər və məncə pul yazılmasına da, ehtiyac yoxdur”.

pia.az


Etiket:


Digərxəbərlər

General-mayor Bəkir Orucov "Tərtər işi" üzrə təqsirli bilinərək həbs olunub - Yenilənib

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

“Gəlin S-400-ləri Azərbaycana verək" — Generaldan şok açıqlama

Güney Azərbaycanın həyati problemi: Kürd separatizmi...

Bakıda toy sahiblərini kütləvi şəkildə aldatdılar - Administrator tutuldu

Neftçinin baş məşqçisi ilə arvadının əlbəyaxa dava görüntüləri yayıldı - Video

Şuşaya ilk daxil olan kəşfiyyatçılardan biri məktəb direktoru təyin olundu

Bu hansı ağır çəkili nazirdi ki, vətəndaşlar ona görə əlavə 6 km əlavə yol getməyə məcbur olurlar... – Video

Şəhid bulağının krantını qıranın qulağını kəsən şəxslə bağlı hökm oxundu 

“Hansısa “ağır çəkili” nazirin tapşırığına görə 6 kilometr artıq yol getməli oluruq” – Video

Lavrov Ukraynada hansı halda nüvə silahı tətbiq ediləcəyini açıqlayıb

İran polisi etirazçı qadınları gülləbaran etdi - Foto, Video

Ən çox oxunanalar