Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sosioloq: “Ailələrdə minimal uşaq sayı 3 olmalıdır”

Azərbaycanda tarix boyu azuşaqlı ailələr nadir olub. Yəni, bir və ya iki uşaq az sayılıb. 3-5-7 hətta, daha uşaqlı ailələr çox olub”.

PİA.az xəbər verir ki, bu sözləri Decelbalam.az saytına açıqlamasında Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq-jurnalist Elçin Bayramlı deyib.

“Müasir dövrdə həyat şəraitləri və sair problemlərdən ailələr bir-iki uşağa üstünlük verir ki, bu milli genefondumuz və demoqrafik vəziyyətimiz üçün təhlükəlidir. Çünki, bir xalqın yaşaması üçün ailələrdə minimal uşaq sayı üç  olmalıdır. Əks halda getdikcə əhalinin azalması, qocalması və gələcəkdə həmin xalqın yoxa çıxması baş verə bilər”- deyə sosioloq xəbərdarlıq edib.

Elçin Bayramlı bunun səbəblərini belə izah edib: “Bu problemin 2 əsas səbəbi var: sosial-iqtisadi vəziyyət və mənəvi psixoloji aspekt. Hər ikisini qısaca izah edək. Əvvəl daha çox paya malik sosial səbəbdən başlayaq.

Sovet dövründə ona görə çox uşaqlı ailələr çox olurdu ki, ailənin sağlam və təhlükəsiz yaşamasına, uşaqların gələcəyinə inam və dövlət təminatı var idi. Valideyn bilirdi ki, dövlət onun övladlarına baxçada pulsuz baxacaq, orta məktəbdə pulsuz oxudacaq, ali məktəbdə pulsuz təhsil verəcək, üstəlik yataqxana və təqaüdlə təmin edəcək, ali məktəbi bitirəndən sonra iş verəcək, bir neçə il sonra mənzillə təmin edəcək. Buna görə də heç bir narahatçılıqları yox idi. İndi isə çoxları düşünür ki, bu az maaşla, evlərin astronomik qiymətə olduğu bir vaxtda heç 2 uşağı belə normal böyüdüb başa çatdıra bilməyəcək.

İndiki şərtləri nəzərə alıb deyə bilərəm ki, ideal variant 2-3-4 uşaqdır. Yəni, bir  uşaqlı ailə normal ailə kimi qəbul olunmamalıdır. Yaxşı olar ki, ailələrin çoxu üç-dörd uşaqlı olsun”.

Sosioloq uşaq pulu məsələsinə də toxunub: “Burada sosial faktorlarla yanaşı, mənəvi-psixoloji faktorların da böyük rolu var. Hazırda maddi təminatı yüksək olan ailələrin az qala hamısı azuşaqlı ailələrdir. Müasir insanların çoxu həyatı özü üçün yaşamağa çalışır, deyirlər ki, həyatımı niyə uşaqlara sərf edim ki? Yəni, min illərdir davam edən mənəvi dəyərlər dəyişib.

Buna baxmayaraq, bu məsələnin həlli üçün ilk növbədə sosial rifahın yaxşılaşdırılması vacibdir. Belə ki, əksər ölkələrdə mövcud olan, bizdə Sovet vaxtı tətbiq olunmuş “uşaq pulu” yenidən bərpa olunmalıdır. Əgər dövlət bütün uşaqlara pul verə bilmirsə, heç olmasa maddi təminatı aşağı olan ailələrə versin, ya da heç olmasa, üçüncü uşaqdan başlayaraq ciddi məbləğdə birdəfəlik yardım və normal məbləğdə aylıq müavinət ödənməlidir. Beş və daha çox uşağı olanlara avtomobil və mənzili yoxdursa mənzil verilə bilər. Əksər ölkələrdə belə edirlər. Bu tədbirlər həyata keçirilsə, sürətlə artan bir uşaqlılıq, iki uşaqlılıq problemi aradan qalxa bilər və milli genefondumuz qorunar. Bu strateji milli təhlükəsizlik məsələlərindən biridir”.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar