Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sonumuzdur: 30 faiz getmək istəyir, 60 faiz isə... - Vardanyan

Ermənistan dərin krizis yaşayır, ancaq ölkə əhalisinin 70%-i bu reallıqla barışıb.

Axar.az xəbər verir ki, bu sözləri erməni mesenat Ruben Vardanyan “2020 Ermənistanından 2041 Ermənistanına” forumunda deyib.

Onun sözlərinə görə, əgər hazırkı situasiyanı ciddi və dərin dəyişiklik üçün istifadə etməsələr, onda ermənilərin sonu çatacaq.

O xatırladıb ki, bunun üçün 15 bənddən ibarət proqram təqdim edib:

“O bəndlərdən biri odur ki, biz illüziyalarda yaşamaqdan imtina edib, reallığı danışmalıyıq. İkinci vacib məqam - daha çox insanı cəlb etməliyik”.

Onun sözlərinə görə, 20 il ərzində ölkə orta inkilaf keçib, inqilabdan sonra insanlarda böyük ümidlər yaranıb, müharibədən sonra isə dərin krizis yaşanır:

“Əhalinin 60%-i baş verənlərə laqeyddir, onlar situasiyanın ciddiliyini görmürlər, 30% əhali hər şeyi atıb ölkədən getmək istəyir, çünki bütün ümidlərini itiriblər. Ancaq dəyişiklik üçün şans var”.

ABŞ-ın “Moderna” şirkətinin nümayəndəsi Nübar Afeyan isə baş verənləri kollektiv satqınlıq adlandırıb. O, fikrini əhalinin gələcəyə inamının məhv olması, keçmişlə yaşaması ilə izah edib:

“Biz inanmırıq, bizim üçün heç bir fərqi yoxdur. Məsələ ondadır ki, biz hər zaman “qoyqırım”dan danışırıq, keçmiş haqda...”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar