Çərşənbə axşamı, 16 Avqust 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Sona qədər susan partizan – Ailəsi Beriyanın əlində olan Lyaqin bütün işgəncələrə dözüb

Sovet-alman müharibəsi illərində “NKVD”-nin missiyasına daxil olan kəşfiyyat- diversiya qruplarının yaradılması və onun fəaliyyətinin təşkili bu quruma asan başa gəlməyib. Alman qoşunlarının sürətlə irəlilədiyi bir vaxtda arxa cəbhəyə keçib düşmənə zərbə vurmaq, sözsüz ki, yüksək peşəkarlıq və cəsarət tələb edib.

1941-ci ilin iyul-avqust aylarında Ukrayna ərazilirəndə kəşfiyyat-diversiya qruplarının yaradılması isə daha böyük cətinliklər yaradıb. Xüsusilə Ukraynanın Nikolayev şəhərində bu məsələnin təşkili Lavrenti Beriya üçün əsl başağrısına çevrilib. Sonralar “Nikolayev mərkəzi” adı ilə məşhur olan diversiya qrupu ilk dəfə 1941-ci ilin iyulun əvvəllərində yaradılanda bu mərkəzin fəaliyyəti bir neçə gün ərzində satqınlıq nəticəsində iflasa uğrayıb. Beriya bu uğursuluğa görə Stalin tərəfindən sərt tənqidə məruz qalıb.

Növbəti dəfə Beriya mərkəzin fəaliyyətini bərpa edəndə ona kimin rəhbərliyk edəcəyi çətin suala çevrilib. Bu məsələdə ona “NKVD”-nin 1-ci idarəsinin rəisi Pavel Fitin kömək edib.

Beriya ilə yaxın dostluq münasibətində olan Fitin “Nikolayev mərkəzi”nə ABŞ-dan kəşfiyyat işindən yenicə qayıtmış və hələ ki heç bir vəzifəyə təyinat almamış Viktor Lyaqinin başçılıq etməsini təklif edib. Beriya bu təklifi qəbul edərək Lyaqini qəbula çağırıb. Onların aralarında söhbət bir neçə saat davam edib. Beriya mərkəzin qarşısında duran vəzifələri ona izah etdikdən sonra fikrini belə yekunlaşdırıb:

- Üzərinizə düşən vəzifələrin icrası zamanı ölüm riski olduqca yüksəkdir, ələ keçmək ehtimalı isə ondan da böyükdür. Bu hallar baş verməsin deyə son dərəcə ehtiyatlı və tədbirli olmaq lazımdır. Kiçik bir xəyanət, ələ keçəcəyiniz təqdirdə düşmənə ən adi bir informasiya vermək sizin və ailənizin məhv edilməsinə səbəb olacaq. Lazım olan sənədlər, maddi təminat sabah sizə təqdim ediləcək. Sizə uğurlar arzulayıram.

Təbii ki, Lyaqin hansı işə əl qoyduğunu yaxşı anlayıb və Beriyanın da kim olduğunu yaxşı bilib. Onu da anlayıb ki, o, Nikolayevə getdikdən sonra ailəsi Moskvada girov qismində qalacaq.

Beriyanın qəbulundan sonra həmin gün Lyaqin Fitinlə görüşüb. Qeyd edək ki, Lyaqin və Fitin “NKVD”-nin xüsusi təyinatlı məktəbində birgə təhsil alıblar, aralarında səmimi münasibət hökm sürüb. Görüş zamanı Fitinin ilk sualı belə olub:

- Razılaşdın?

- Bəli.

- Viktor, bu təklifi mən vermişdim, sən razılaşmaya da bilərdin.

- Buna görə narahat olma, mən bu işə könüllü gedirəm. Moskvada qalıb Beriyanın şəxsi tapşırıqlarını yerinə yetirməkdənsə, çirkaba batmaqdansa, gedib düşmənlə mübarizə aparmaq daha yaxşıdır.

Beləliklə, Lyaqinə Kornev soyadı ilə sənəd verilib və o, Nikolayevdə gəmiqayırma zavodunda mühəndis kimi işə başlayıb. 17 gündən sonra isə 16 avqust 1941-ci ildə Nikolayev Vermaxt qoşunları tərəfindən işğal edilib.

Lyaqin diversiya mərkəzinin işini elə qurub ki, məxfilik son dərəcə qorunub, hətta “NKVD”-nin bu şəhərdə olan digər əməkdaşları onun kimliyindən xəbərsiz olublar, o cümlədən qrupun üzvlərinin də ən yaxın adamları belə onların nə işlə məşğul olduqlarını bilməyiblər.

“Nikolayev mərkəzi” ilk diversiya əməliyyatını noyabrın 22-də keçirib. Həmin gün almanların hərbi texnikalarının saxlanıldığı avtobaza partladılıb. Dekabrın 16-da Lyaqinin diversiya qrupu almanların qış geyimləri saxladıqları anbarda yanğın törədib. Yanğın nəticəsində bütün qış geyimləri külə dönüb. Daha sonra yanvar ayında yanacaq anbarı patladılıb. Bir-birinin ardınca törədilən diversiyalar Vermaxt qoşunlarını iflic vəziyyətinə salıb.

Bütün bunlarla yanaşı Lyaqin 35 min nəfərdən ibarət olan 883 partizan dəstələri arasında koordinasiya yaratmağa nail olub və onların Moskvadan idarə olunması üçün qərargahlar yaradıb.

Bu gözəgörünməz mərkəz almanlara əsl cəhənnəm həyatı yaşadıb. Mərkəzin ifşa olunması, ələ keçirilməsi üçün Berlindən xüsusi SS qüvvələri Nikolayevə ezam edilib və çox keçməmiş mühəndis-diversant Lyaqin-Kornev şübhəlilərin siyahısına düşüb.

Lyaqin sonuncu əməliyyatını Nikolayevin İnqulsk rayonundakı aerodromda keçirib. Bu dəfə almanların 30-dan artıq hərbi təyyarəsi, iki anbardakı silah və sursatları məhv edilib.

Lyaqin bütün bu təhlükələrə baxmayaraq “Nikolayev mərkəzi”nin fəaliyyət dairəsini günü-gündən genişləndirib. Artıq iki il ərzində bu mərkəz özündə 110 diversiya qrupunu birləşdirib.

5 fevral 1943-cü ildə qrupun ən faəl üzvlərindən biri Qrişa Qavrilenko kiminsə almanlara ötürdüyü informasiya nəticəsində ələ keçib. Həmin şəxsin kim olduğu bilinməyib. Elə bu naməlum adam Lyaqinin də təxmini olduğu yerləri SS əməkdaşlarına çatdırıb. Bir neçə gündən sonra Lyaqin də saxlanılıb.
Düz 5 ay ərzində Lyaqin ağılasığmaz işgəncələr altında sorğu-suala tutulub. Amma bu işgəncələr onun iradəsini sındıra bilməyib. Lyaqin almanlara heç bir sirr açmayıb. 1943-cü ilin iyun ayının 29-da qurtulacağına ümid etməyən Lyaqin venasını doğrayaraq özünü öldürməyə cəhd edib. Onu dərhal kameradan hospitala çatdırıblar. 10 günlük müalicədən sonra Lyaqin yenidən işgəncələr altında sorğu-suala tutulub. Nəhayət, 17 iyulda istintaqı aparan Haynts Rolinq Berlinə zəng vuraraq məruzə edib:

“Biz Viktor Lyaqindən heç bir ifadə ala bilməyəcəyik. Bu mümkün deyil”.
Bu məruzədən sonra mərkəzdən əmr gəlib: “Güllələyin”.

Elə həmin gün, 17 iyul 1943-cü ildə 34 yaşlı Viktor Lyaqin güllələnib.

Almanların apardığı istintaq nəticəsində məlum olub ki, Lyaqinin rəhbərlik etdiyi diversiya qrupu almanlara ümumilikdə 45 milyon marka ziyan vurub.

Ölümündən sonra Beriyanın təqdimatı ilə Viktor Lyaqinə Sovet İttifaqı Qəhrəmanı adı verilib.

Qeyd edək ki, Viktor Lyaqin 1908-ci ildə Braynskda anadan olub. Leninqrad Politexnik İnstitutunda ali təhsil alıb. İlk əmək fəaliyyətində Leninqrad dəzgahqayırma zavodunda başlayıb. 1938-ci ildə partiya xətti ilə “NKVD”-nin Leninqrad vilayət idarəsinə xidmətə qəbul edilib. “NKVD”-nin xüsusi məktəbində kursları bitirdikdən sonra iki ilə yaxın bir müddətdə ABŞ-da elmi-texniki kəşfiyyat işində fəaliyyət göstərib. O, sonrakı taleyini isə həyatı hesabına başa gələn “Nikolayev mərkəzi”nə bağlayıb.

İlham Cəmiloğlu(Musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

Ağdamın icra başçısının mədəni halı: Vaqif Həsənov daha bir şəhid bacısını edib... - Video

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

Biabırçı videosu yayılan FHN polkovniki ilə bağlı generaldan açıqlama

13-cü mərtəbədən yıxılaraq ölən uşağın atası həbs edildi - Rəsmi

İran Cənubi Qafqazda Ermənistan üçün Rusiyanı əvəz edə bilərmi?..

Rüstəm Usubovun Avropaya viza istəyinə “yox” cavabı gəldi

Kəmaləddin Heydərovun işdən çıxardığı generala gömrükdə yüksək vəzifə verildi

Həmkarı ilə ömrü boyu danışmadı, plastik əməliyyat vaxtı öldü, həkimi stresdən dünyasını dəyişdi - Foto

Bakıda atalığının dəfələrlə təcavüz etdiyi qız canına qəsd etmək istədi - Təfərrüat

Özünü erməni dövlətçiliyinin “qurucu babası” sayan ABŞ prezidenti – Vaşinqtonun tükənməyən erməni sevgisi...

"Liderlər əsl kişi xarakteri nümayiş etdirirlər və təslim olmurlar" - Putin

Səlim Müslümov dövlətə 27 milyon manat ziyan vurub - İttiham aktı

Ən çox oxunanalar