Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Son dörd həftədə dünyada COVID-19-dan ölüm faktları 35% artıb

Son dörd həftə ərzində COVID-19 virusundan ölənlərin sayı 35% artıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus Cenevrədə keçirilən brifinqdə məlumat verib.

“Dünyada COVID-19-dan ölənlərin sayı 35% artıb. Təkcə elə son bir həftədə 15 000 insan ölüb. Bu, qətiyyən qəbuledilməzdir, çünki bizdə infeksiyanın yayılmasının qarşısını almaq və insanların həyatını xilas etmək üçün vasitələr var”, - ÜST rəhbəri deyib.

Onun sözlərinə görə, Şimal yarımkürəsində soyuq havaların yaxınlaşması və insanların qapalı yerlərdə daha çox vaxt keçirəcəkləri ilə əlaqədar olaraq, infeksiyanın daha intensiv yayılması və xəstəxanaya yerləşdirilmə riski önümüzdəki aylarda yalnız artacaq.

Qebreyesus bildirib ki, bu, təkcə COVID-19 üçün yox, digər xəstəliklərə, o cümlədən qripə də aiddir: “Hamımız bu virusdan, pandemiyadan bezmişik, lakin virus bizdən əl çəkmir”.

ÜST rəhbəri vurğulayıb ki, laboratoriya testləri zamanı müəyyən edilən COVID-19 törədicilərinin 90 faizindən çoxu indi omikron ştamının BA.5 alt növünün payına düşür.

Qebreyesus ölkələrin ardıcıllıq nəticələrinə dair daha az məlumat paylaşmağa başladıqlarını qeyd edib: “İlin əvvəli ilə müqayisədə belə məlumat mübadiləsinin həftəlik qeydə alınan sayı 90%, məlumat verən dövlətlərin sayı isə 75% azalıb”.

Xatırladaq ki, avqustun 16-na olan məlumata görə, pandemiyanın başlanmasından bəri ÜST-ə 588 757 628 koronavirusa yoluxma halı və 6 433 794 ölüm faktı barədə məlumat daxil olub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar