Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Son 30 ildə dünyada nə qədər jurnalist həlak olub?

Onlardan 11-i erməni terrorunun qurbanıdır...

İyun ayının 4-də Azərbaycanın Kəlbəcər rayonunda iki media əməkdaşı - AZTV-nin operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov mina partlayışı nəticəsində həlak oldular.

Bu hadisədən sonra Qarabağda həlak olan jurnalistlərin sayı 11-ə çatdı. Qeyd edək ki, 1988-1994-cü illərdə Qarabağ müharibəsində 13 jurnalist erməni terrorçularının hücumuna məruz qalıb. Onlardan 9-u şəhid olub. Şəhid olanlarda 2-si rus, digərləri azərbaycanlılardır. Ümumiyyətlə, son 30 ildə konfliktli bölgələrdə jurnalistlərin fəaliyyəti ciddi təhlükə altına düşüb. Beynəlxalq Jurnalistlər Federasiyasının (İFJ) son hesabatına görə, 1990-cı ildən bəri dünyada 2658 jurnalist öldürülüb.

Əslində, jurnalistlərin həlakı ilə bağlı ilk statistika açıqlananda, bəzi beynəlxalq media ekspertləri təəccüblənmişdilər. Statistikanı açıqlandığı 1990-cı ildə məlum olmuşdu ki, təkcə həmin il bu və ya digər konfliktli bölgədə 40 jurnalist həlak olub. O vaxt çoxları bunun təsadüfi olduğunu düşünürdü. Amma 2020-ci ilin sonunda bu rəqəm 2658-ə çatanda daha dəhşətli bir statistikanı üzə çıxardı: Həftəyə bir jurnalist öz fəaliyyətinin qurbanı olur.

PİA.az lent.az-a istinadən xəbər verir ki, hesablamalara görə, indiyədək ən çox jurnalist İraqda öldürülüb - 339 nəfər. Onda sonrakı yerləri Meksika (175), Filippin (159), Pakistan (138), Hindistan (116), Rusiya (110), Əlcəzair (106), Suriya (96), Somali (93) və Əfqanıstan (93) tutur. Məlumatda o da deyilir ki, İraqda 2003, Əfqanıstanda isə 2001-ci ildən, yəni bu ölkələrə hərbi müdaxilədən sonra jurnalistlərin ölümü sürətlə artıb. Asiya-Sakit okean hövzə ölkələrində 681, Latın Amerikasında 571, Yaxın Şərqdə 558, Afrikada 466, Avropada isə 373 jurnalist həyatını itirib.

Bir maraqlı fakt; 44 gün davam edən Vətən müharibəsində 27 azərbaycanlı jurnalist ehtiyatda olan zabit və digər kateqoriyalar qismində səfərbərlik proqramına cəlb edilib, cəbhə xəttinə göndəriliblər. 27 nəfərdən ikisi döyüşlərin gedişində yaralanıb, müxtəlif dərəcəli xəsarətlər alıblar. Əlavə olaraq, döyüş bölgəsində səfərbərlik proqramından kənar xidmət keçən, həqiqi hərbi xidmətdə olan sabiq KİV işçisi - ATV-nin keçmiş montajçı-əməkdaşı Davud Qurbanov həlak olub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar