Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sökülən obyekt Zeynal Nağdəliyevin oğlunundur?

Bir müddət əvvəl Salyan ərazisində sökülən obyektlərdən birinin hansı məmur övladına məxsus olduğu üzə çıxıb.

Bakı-Ələt-Astara yolunun Salyana düşən ərazisində sökülən yanacaqdoldurma məntəqəsi Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyevin oğlunun adına çıxarılıb.

İddialara görə, həmin YDM Nağdəliyevin oğluna aid imiş və obyektlərin yerləşdiyi torpaq sənədi qanunsuz olduğu üçün sökülüb. Lakin oğlanlarından hansının – Hikmət, yoxsa Nemət Nağdəliyevin olduğu açıqlanmır. Bununla bağlı iki ay öncə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırma başlayıb.

Araşdırmalar nəticəsində məlum olub ki, obyektlərin yerləşdiyi kafe və yanacaqdoldurma məntəqəsinin torpaq sənədi qanunsuz olub. Buna görə də magistral yolun üzərində yerləşən “Hacıoğlu”, “Ulduz”, “Cız-bız”, “Masallı” restoranları və yanacaqdoldurma məntəqəsinin iş fəaliyyəti dayandırılıb.

Məlumata görə, Salyan rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri Teyyub Hüseynov vaxtilə həmin obyektlərin tikintisinə rəy verib. Amma maraqlıdır ki, obyektlər sökülüb.

Qeyd edək ki, bir müddət əvvəl Nağdəliyevin oğlu öz ortağını məhkəməyə vermişdi. Söhbət ölkənin daxili bazarı üçün taxıl və qarğıdalı yetişdirilməsiylə məşğul olan “Region Agro” MMC-dən gedir. H.Nağdəliyev “Region Agro” MMC-nin təsisçilərindən Arif Məmmədova qarşı iddia qaldırmışdı.

Onun tələbi də bu idi ki, A.Məmmədovun 50 faizlik payı onun adına keçirilsin. Bir müddət əvəvl isə xəbər yayılmışdı ki, Nemət Nağdəliyevin avtomobili naməlum şəxslər tərəfindən oğurlanıb.(Reportyor.info)

pia.az 


Etiket: Obyekt


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar