Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Soçi görüşü regionda sülhün və əməkdaşlığın təmin olunması üçün baza yaratdımı?

Azərbaycan və Ermənistan arasında bundan əvvəl əldə razılaşmalarla müqayisədə bu görüşün əsas əhəmiyyəti nədir?..

Politoloq: “İstər sərhədlərin demitasiya və demarkasiyası, istərsə də Zəngəzur dəhlizi məsələsində BakıMoskvanın maraqları üst-üstə düşür. Hər halda tam uzlaşdığını da demək doğru olmaz, ancaq son hadisələr bunun belə olduğunu göstərir”.

“Görüş zamanı Prezident İlham Əliyev daha təmkinli idi və onun Paşinyana nəzərən sərbəstliyi ilk başdan hiss olunurdu. Digər tərəfdən, Rusiya Prezidenti Vladimir Putin də çıxışı zamanı Paşinyana daha çox xitab edir, Ermənistanı daha çox hədəfə alırdı”.

Bu sözləri politoloq Turan Rzayev ötən şənbə günü Soçidə baş tutan Əliyev-Paşinyan görüşünün nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi ötən şənbə Azərbaycan, RusiyaErmənistan liderlərinin Soçidə görüşdü. Görüşdən sonra mətbuat konfransı keçirildi və yeni Bəyanatın imzalandığı deyildi. İmzalanmış Bəyanatda deyilir ki, tərəflər 2020-ci il 9 noyabr tarixli Bəyanatın, həmçinin 2021-ci il 11 yanvar tarixli Bəyanatın “yerinə yetirilməsinin gedişini” müzakirə ediblər. Həmçinin rərəflər “regionda vəziyyətin sabitləşməsinə və təhlükəsizliyin təmin edilməsinə Rusiya sülhməramlı kontingentinin mühüm töhfəsini” qeyd ediblər.

Qeyd edək ki, üçtərəfli görüş zamanı Prezident İlham Əliyev deyib ki, ötən il ərzində “Azərbaycan müharibənin nəticələrinin aradan qaldırılması və kommunikasiyaların bərpası işində maksimum konstruktivlik nümayiş etdirib”.

“Hesab edirəm ki, bu, hələlik yerinə yetirilməmiş mühüm məsələlərdən biridir. Ona görə ki, keçən il noyabr ayında qəbul edilmiş və imzalanmış üçtərəfli Bəyanatın praktiki olaraq bütün bəndləri yerinə yetirilib”, deyə İlham Əliyev deyib.

Nikol Paşinyan isə öz növbəsində bu fikirlə razı olmadığını bildirib: “Mən Azərbaycan Prezidentinin bu fikri ilə razılaşmıram ki, kommunikasiyaların bərpasından başqa bütün faktiki olaraq bəndlər yerinə yetirilib. Bilirsiniz ki, biz bu məsələni sizinlə dəfələrlə həm əyani şəkildə, həm də telefonla müzakirə etmişik ki, girovlar və digər saxlanılan şəxslər, hərbi əsirlər problemi də var. Bu, çox mühüm humanitar məsələdir”, deyə Ermənistanın baş naziri deyib.

Qeyd edək ki, görüşdə diqqət çəkən məsələlərdən biri də Rusiya prezidenti Vladimir Putinin çıxışı zamanı “dəhliz” ifadəsindən istifadə etçəsi olub.

Bəs görüşü regionda sülhün və əməkdaşlığın təmin olunması baxımından necə dəyərləndirmək olar? AzərbaycanErmənistan arasında bundan əvvəl əldə razılaşmalarla müqayisədə bu görüşün əsas əhəmiyyəti nədir?

Mövzunu PİA.az-ın əməkdaşı poitoloq Turan Rzayevlə müzakirə edib.

Turan Rzayev: “Görüş zamanı məlum oldu ki, Rusiya sülhməralılarının müvəqqəti səlahiyyətində olan Azərbaycan ərazilərində Kremlin apardığı bütün humanitar yardımlar layihlər rəsmi Bakının icazəsi və razılığı ilə aparılır”.

Zəngəzur dəhlizinin indiki halda rəsmi Bakı üçün prioritet məsələ olduğunu vurğulayan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, bu məsələ 27 illik danışıqlar prosesinin predmeti olmayıb və 10 noyabr bəyanatına “dəhliz” məsələsi İlham Əliyevin birbaşa təşəbbüsü salınıb. İndiki halda bu məsələnin yubanması və Ermənistanın “dəhliz”dən yayınmaq üçün çoxlu cəhdlər etməsinin fəsadlarına görə də birbaşa məsuliyyət Kremlin üzərinə düşür:

“Görüşlə bağlı ilk olaraq onu demək olar ki, gözləntilər daha çox idi və konkret bir bəyanatın imzalanacağı, ən yaxşı halda isə bu istiqamətdə bir açıqlamanın olacağı gözlənilirdi. Lakin buna baxmayaraq düşünmürəm ki, görüş bizim üçün nəticəsiz keçdi. Əksinə liderlərin bu görüşünü uğurlu saymaq olar. Xüsusilə görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlər və bu fikirlərin ehtiva etdiyi məna bunu deməyə əsas verir.

Əvvəla, onu qeyd edim ki, görüş zamanı Prezident İlham Əliyev daha təmkinli idi və onun Paşinyana nəzərən sərbəstliyi ilk başdan hiss olunurdu. Digər tərəfdən, Rusiya Prezidenti Vladimir Putin də çıxışı zamanı Paşinyana daha çox xitab edir, Ermənistanı daha çox hədəfə alırdı. Ölkə başçısının çıxışında diqqət çəkən məqamlar çox idi. Misal üçün prezident İlham Əliyev Azərbaycan-Ermənista­n münasibətlərinin tənzimlənməsində Rusiyanın səylərini yüksək qiymətləndirdiyini qeyd etdi. Bu ondan xəbər verir ki, rəsmi Bakı indiki mərhələdə Kremlin fəaliyyətindən narazı deyil. Yəni istər sərhədlərin demitasiya və demarkasiyası, istərsə də Zəngəzur dəhlizi məsələsində BakıMoskvanın maraqları üst-üstə düşür. Hər halda tam uzlaşdığını da demək doğru olmaz, ancaq son hadisələr bunun belə olduğunu göstərir.

Hesab edirəm üçtərəfli görüşdə rəsmi Bakının mövqeyi həm də Ankaranın mövqeyi idi və prezidentin “Azərbaycan Ermənistanla münasibətlərin tənzimlənməsində Rusiyanın səylərini yüksək qiymətləndirir”, deyərkən bu prosesdən Ankaranın da razı olduğunu vurğulayırdı. Prinsip etibarilə Ankara Kremlin Cənubi Qafqazdakı davranışından və ya təşkil etdiyi üçtərəfli görüşdən narazı olsa idi, bunu bu günə qədər dilə gətirərdi.

Turan Rzayev: “Rəsmi İrəvan hər vəchlə Türkiyə-Azərbaycan münasibətlərini Bakının Kremldən uzaqlaşması kimi təqdim edir”.

Prezidentin üçtərəfli görüşdə səsləndirdiyi digər diqqət çəkən fikir də Azərbaycanın ötən bir il ərzində müharibənin fəsadlarının aradan qaldırılması və kommunikasiyaların açılması məsələlərində maksimal konstruktivlik nümayiş etdirdiyini, bununla belə hələ yerinə yetirilməmiş məsələlərin qalmasını Putinin diqqətinə çatırması idi. Aydın məsələdir ki, prezident İlham Əliyev yerinə yetirilməyən məsələlər deyərkən, sətiraltı 10 noyabr bəyanatının 9-cu bəndini aktuallaşdırmağa çalışırdı. Söhbət kommunikasiyaların açılması və Azərbaycanın Naxçıvana maneəsiz hərəkətindən gedir.

Məsələ ondadır ki, Zəngəzur dəhlizi indiki halda rəsmi Bakı üçün prioritet məsələdir. bu məsələ 27 illik danışıqlar prosesinin predmeti olmayıb və 10 noyabr bəyanatına “dəhliz” məsələsi İlham Əliyevin birbaşa təşəbbüsü salınıb. İndiki halda bu məsələnin yubanması və Ermənistanın “dəhliz”dən yayınmaq üçün çoxlu cəhdlər etməsinin fəsadlarına görə də birbaşa məsuliyyət Kremlin üzərinə düşür. Prinsip etibarilə ölkə başçısının diplomatik üslubda Putinə demək istədiyi də, elə məhz bu idi.

Prezidentin 3 tərəfli görüş zamanı həm də Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıdığını qeyd etdi. İkitərəfli əlaqələrin inkişaf dinamikasını olduqca müsbət adlandıran prezident tərəfləri qarşılıqlı əlaqələrin bütün istiqamətləri üzrə inkişaf səviyyəsinin yüksəldilməsində maraqlı olduğunu qeyd etdi.

Prezidentin bu məqamları qeyd etməsi də təsadüfi deyildi. Yəni bu ifadələrin məqsədi Kreml nəzdində müsbət bir Azərbaycan imici yaratmaq deyil, Ermənistanın son zamanlar əleyhimizə Rusiyaya təqdim etdiyi arumentləri cürütmək üçün idi. Məsələ ondadır ki, rəsmi İrəvan hər vəchlə Bakını Kreml nəzdində fərqli göstərməyə çalışır. Rəsmi İrəvan xüsusilə də Azərbaycanın türk təşkilatındakı fəaliyyətini və Türkiyə-Azərbaycan münasibətlərini Bakının Kremldən uzaqlaşması kimi təqdim edir. Bu mənada deyə bilərəm ki, Prezident İlham Əliyev bu sözləri ilə Paşinyanın bu istiqamətdəki arqumentlərini həm də çürütmüş oldu.

Turan Rzayev: “Ermənistan istər 44 günlük müharibə, istərsə də son sərhəd toqquşmaları fonunda regiona digər qüvvələri cəlb etmək istəyir və bu heç kəsə sirr deyil”.

Hesab edirəm, ölkə başçısı bununla həm də İrəvandan fəqli olaraq Bakının Kremllə münasibətlərdə daha məqbul tərəfdaş olduğunu qeyd edərək onun vasitəçiliyindən məmnun olduğunu demiş olur.

Məsələ ondadır ki, Ermənistan istər 44 günlük müharibə, istərsə də son sərhəd toqquşmaları fonunda regiona digər qüvvələri cəlb etmək istəyir və bu heç kəsə sirr deyil. Azərbaycan isə Ermənistanda fərqli olaraq regionun problemini ancaq region ölkələri ilə həll etməkdə maraqlıdır. Yəni bu prosesdə Moskvanın iştirakı digər güclərin müdaxiləsindən daha məqbuldur.

Prezident çıxışında ən diqqət çəkən məqam isə onun “Azərbaycanla Rusiya arasında iqtisadiyyat və humanitar sahələrin əksər sferalarını əhatə edən 7 yol xəritəsi icra olunur”, deməsi idi. Prezident açıqca qeyd edir ki, Rusiya ilə humanitar sahələrin əksəriyyətində əməkdaşlıq edilir.

Buradan belə nəticəyə gəlmək olar ki, Rusiya sülhməralılarının müvəqqəti səlahiyyətində olan Azərbaycan ərazilərində Kremlin apardığı bütün humanitar yardımlar layihlər rəsmi Bakının icazəsi və razılığı ilə aparılır.

Soçi görüşünün regionda sülhün və əməkdaşlığın təmin olunmasıüçün əhəmiyyətinə gəlincə, təbii ki, bu görüş AzərbaycanErmənistan arasında olan probləmlərin həlli üçün tam baza yaratmadı. Amma deyə bilərik ki, Soçi görüşü problemlərin həll yolunda bir start nöqtəsidir və bundan sonrakı proseslərin ağrısız və gərginliksiz keçə bilməsi üçün yaxşı başlanğıcdır. Bu başlanğıcın müharibəsiz, sülh yolu ilə başa çatması üçünsə Rusiyadan çox şey asılıdır.

Turan Rzayev: “Putinin görüşdəki davranışlarından da görünürdü ki, Moskva yeni geosiyasi platforma yaratnaq istəyindədir və buna görə də proseslərin sürətlə aparılmaslnda maraqlıdır”.

Rusiya gərginliyi donduraraq prosesi uzun illər uzada da bilər. Lakin bu Ermənistanın maraqlarına uyğundur. Azərbaycanın maraqlarına isə cavab vermir.

Putinin görüşdəki davranışlarından da görünürdü ki, Moskva yeni geosiyasi platforma yaratnaq istəyindədir və buna görə də proseslərin sürətlə aparılmaslnda maraqlıdır. Ona görə də güman edirəm ki, ümumilikdə proses bir neçə il müddətində öz həllini tapa bilər. Görünür ki, Kreml də Azərbaycanla Ermənistan arasında iqtisadi əlaqələrlə etimad körpüsü yaratmaq və bundan sonra Qarabağ məsələsinə qayıtmaq istəyir. Fikrimcə bu da ən doğru yoldur”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar