Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

SOCAR "Rosneft"in yanacağının Ukraynaya tədarükü üzrə operatoru oldu

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) qrupuna aid olan “SOCAR Trading” şirkəti Rusiyanın “Rosneft” dövlət neft şirkətinin Ukraynaya neft məhsullarını ixracında operator qismində iştirak edəcək.

“Report” “Enkorr”a istinadən xəbər verir ki, bununla bağlı müvafiq müqavilə imzalanıb. Yanacaq satışını və Ukrayna tərəfi ilə əlaqələri “SOCAR Trading”in İsveçrədə yerləşən ofisi tənzimləyəcək. Hərçənd həcmlərin bölüşdürülməsində və satışında şirkətin Ukrayna ofisinin də iştirak edəcəyi istisna olunmur.

Bu həftə “SOCAR Trading” şirkətinin rəhbərləri cari ilin aprel ayınadək Ukraynada "Rosneft"in yanacaq həcmlərinin bölüşdürülməsilə məşğul olmuş “Proton Energy Group S.A.” şirkətinin nümayəndələrilə danışıqlara başlayıblar. Mənbələrə görə, artıq bu ay tədarükə başlayacağını istisna etməyən yeni operator 100 min tondan artıq dizel yanacağı və 12 min ton maye qazı həcmindəki kvotası olduğunu bildirsə də, bazar iştirakçıları tədarükə iyun ayında başlamağın daha ağlabatan olduğunu düşünürlər.

Mövcud məlumatlara əsasən SOCAR dizel yanacağının bir tonunu 30 ABŞ dollarından artıq qiymətə tədarük edəcəklərini açıqlasa da, maye qaza dair konkret rəqəmlər səsləndirilməyib ki, bu da bazardakı təklifin çoxluğu üzündən təcili tədarükə marağın olmaması ilə bağlıdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar