Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

SOCAR: “Qarabağ” yatağının işlənməsi layihəsinin inkişaf planına yenidən baxıla bilər

Martın 16-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Norveçin “Equinor” şirkətinin yataqların işlənməsi və beynəlxalq hasilat üzrə vitse-prezidenti Al Kukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə "Report"a SOCAR-dan məlumat verilib.

Bildirilir ki, görüşdə əsasən SOCAR və “Equinor” şirkətləri tərəfindən bərabər pay bölgüsü əsasında həyata keçirilən “Qarabağ” yatağının işlənməsi, eləcə də “Dan Ulduzu”-“Əşrəfi”-“Aypara” perspektivli strukturlarında aparılmış ilkin kəşfiyyat işlərinin nəticələri və növbəti addımların planlaşdırılması müzakirə olunub.“Dan Ulduzu”-“Əşrəfi”-“Aypara” perspektivli strukturlarında kəşfiyyat işlərinə 2018-ci ilin ikinci yarısında start verilib, 2019-cu ildə burada 2D və 3D seysmik kəşfiyyat işləri tamamlanıb. Nəticələr 2020-ci ildə emal olunub, hazırda nəticələrin interpretasiyası davam edir. İnterpretasiya prosesinin ilkin yekunları bu strukturlarda neft-qaz ehtiyatlarının gözlənildiyindən daha yüksək olduğunu göstərir. Qarşıdakı dövrdə ehtiyatların dəqiqləşdirilməsi məqsədi ilə kəşfiyyat qazması həyata keçirilə bilər.

Yeni perspektivli strukturlarında əldə olunmuş müsbət nəticələr “Qarabağ” layihəsinin inkişaf planına da yenidən baxmaq zərurəti yarada bilər. Bildirilmişdir ki, bunun üçün SOCAR və “Equinor” şirkətlərinin birgə işçi qrupu yaxın həftələrdə “Qarabağ” layihəsinin davamı ilə bağlı müxtəlif variantları nəzərdən keçirəcək, yatağın işlənməsinin yeni kəşf ediləcək yataqların işlənməsi ilə sinerji imkanlarını araşdıracaqdır.

Görüşdə Azərbaycanın Norveç şirkəti üçün mühüm bir ölkə olduğu vurğulanmış, “Equinor” şirkətinin buradakı əməliyytalarını inkişaf etdirmək niyyətində olduğu bildirilmişdir. Görüşdə həmçinin hazırkı onillikdə neft-qaz qiymətlərinin yüksək olacağını təsbit edən proqnozlar haqqında fikir mübadiləsi aparılıb, birgə işlənilən yataqlarda hasilatın pik dövrünə məhz bu onillikdə nail olmağın əhəmiyyəti qeyd olunub. Buna görə kəşfiyyat və qazma işlərinin sürətlənidirilməsi xüsusi vurğulanıb.

Xatırladaq ki, Norveçin “Equinor” şirkəti (keçmiş Statoil) və SOCAR Azərbaycanda “Qarabağ” yatağının işlənməsi və “Əşrəfi-Dan Ulduzu-Aypara” perspektiv sahələrində kəşfiyyat və hasilatın təşkili üzrə əməkdaşlıq edirlər. Şirkətlər həmçinin “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) neft yatağının işlənilməsi layihəsində iştirak payına malikdirlər. 2018-ci ilin may ayında “SOCAR Karabakh” və “Equinor” şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsinə dair Risk Xidməti Sazişi imzalamışlar. Sazişə əsasən şirkətlər bərabər paya malikdirlər.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar