Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Smart Online” şirkətinin əməkdaşının dələduzluğu - Nazirliklər niyə tədbir görmür?..

Nazirlik vətəndaşlardan qanunsuz mənimsənilən pulları geri qaytarılması üçün heç bir addım atmır və məsuliyyətdən qaçır...

Şikayətçi İlkin Məmmədkərimov:“Normal ölkələrdə belə əmələ yol vermiş şirkətlər külli miqdarda cərimələnir”.

Qazax sakini İlkin Məmmədkərimov PİA.az-a müraciət edərək Qazax rayon 1-ci Şıxlı kəndində “Smart Online” internet provayderinin Orxan adlı əməkdaşının yüzlərlə kənd sakininə qarşı dələduzluq etməsi ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, o cümlədən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlak Bazarına Nəzarət Palatasının bu dələduzluq faktına göz yummasından və baş vermiş cinayət hadisəsinə laqeyd yanaşmalarından şikayətçi olub.

Qeyd edək ki, “Smart Online” internet provayder şirkətinin Orxan adlı əməkdaşı kand sakinlərini aldadaraq, yüzlərlə ailədən müqavilə bağlanması məqsədi ilə qanunsuz olaraq 35 manat pul alıb. Bundan başqa “Smart Online” internet provayder şirkətinin əməkdaşı kənd sakinlərini 10 manatlıq internet tarifinə qoşduğu halda, onlarda hər ay 12 manat abunə haqqı alıb. Halbuki həmin ödənişlər terminallar vasitəsi ilə həyata keçirilməliydi. Beləliklə “Smart Online” internet provayder şirkətinin Orxan adlı əməkdaşı dədləuzluq edərək 1-ci Şıxlı kəndində internetə qoşulan ailələrdən 5 ay müddətində 45 manat pul toplayıb və bu pulları mənimsəyib. Dələduzluq faktının üstü açıldıqdan sonra isə “Smart Online” Orxan adlı əməkdaşını işdən çıxarmaqla kifayətlənib və kənd sakinlərindən alınan qanunsuz ödənişlərin geri qaytarılmasını təmin etməyib. Hazırda isə şirkət kənd sakinlərinə dəyən ziyanı ödəməkdən imtina edir.

Məsələ ilə bağlı zərərdəymişlər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, o cümlədən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlak Bazarına Nəzarət Palatasına müraciət edib. İstər Nazirlik, istərsə də Palata şikayətçilərin haqlı tələblərini yerinə yetirmək və “Smart Online” internet provayder şirkətinə sanksiyalar tətbiq etmək əvəzinə şikayətçilərə məhkəmə müraciət etməyi məsləhət görüb. Bu durumda haqlı olaraq şikayətçi İlkin Məmmədkərimov sual edir: “Əgər Palata və Nazirlik dələduzluq faktlarına görə “Smart Online” şirkətini cərimələməkdən imtina edirsə, onda bu qurumlar vəzifəsi nədən ibarətfir? Niyə bu qurumlar dələduzluq faktına görə əlaqədəar qurumlara müraciət edib baş verən dələduzluq faktının üstünün ört-basdır edilməsində iştirak edirlər və bu zaman da kənd sakinlərinə dəyən ziyanı ödətdirmək isə onların məsuliyyət dairəsinə aid olmur?”.

Şikayətçi qeyd edir ki, bundan əvvəl də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlak Bazarına Nəzarət Palatasına şikayətlər etsə də, o, bu qurumlardan şablon cavablar alıb. Lakin bu dəfə ümid edib ki, söhbət “Smart Online” şirkətinin əməkdaşı tərəfindən yüzlərlə ailə dələduzluğa məruz qaldığı üçün bu qurumlar şikayətə fərqli yanaşacaqlar. Lakin şikayətçi yazdığı şikayət məktubuna bu qurumlardan ancaq 1 ay sonra cavab ala bilib və bu cavabda da faktiki olaraq dövlət qurumları baş verənlərə görə məsul olanları cəzalandırmaqdan faktiki olaraq yayınıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar