Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siyavuş Novruzov FHN əməkdaşlarının görüntüləri barədə: "Elə bil, xüsusi nəsə baş verib"

“Müvafiq struktur cəmiyyətin bir hissəsidir. Cəmiyyətdə baş verən hadisələr strukturdan, strukturda baş verən hadisələr isə cəmiyyətdən kənar deyil. Hər insanın yanına nəzarətçi qoymaq mümkün deyil. Bu insanın özünün əxlaq və tərbiyəsindən asılı olan məsələdir. Yəni burada söhbət hər hansı strukturdan və ya hər hansısa qurumdan getmir. Söhbət fərddən gedir. Elə valideynlər var ki, onlar heç övladlarına cavabdehlik daşıya bilmirlər. Eləcə də hansısa işçinin hardasa, nəyləsə məşğul olmasına münəccimlik etmək də mümkün deyil. Burada gərək münəccim olasan ki, kimin nə etdiyini müəyyənləşdirə biləsən. Sosial şəbəkələrdə və internet televiziya kanallarında bəzilərinin ortaya düşüb məsələnin mahiyyətindən kənar, ona aidiyyatı olmayan məqamlara toxunduqlarını görürəm. Bu şəxslər marağı olan şəxslərdir və onların fikirləri bəllidir...”

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

Deputat qeyd edib ki, bu cür hadisənin hansı nazirlikdə baş verməsindən asılı olmayaraq, hüquqi həllinə çalışmaq lazımdır: “Ölkədə bunu şouya çeviriblər. Elə bil ki, xüsusi nəsə baş verib, dünyanın sonu gəlib və ya bəşəriyyət dəyişib. Bu əxlaqi bir məsələdir və yalnız oradakı şəxslərin özləri cavabdehlik daşıyır. Bununla bağlı aidiyyatı qurumlar yalnız hüququn ixtiyar verdiyi addımları atacaq. Biz demokratik ölkədə yaşayırıq. Azərbaycan dünyəvi dövlətdir. Ona görə də qanunvericiliyimizdə nə nəzərdə tutulubsa, elə də olacaq. Dünyanın istənilən ölkəsində belə hallar baş verir. İndi biz bundan şou düzəltməklə heç nəyə nail ola bilməyəcəyik. Bir neçə ay əvvəl, gecə klubunda partlayış baş vermişdi, onda da xəsarət alanları az qala milli qəhrəmana çevirmişdilər. Gündə onların səhhəti haqqında məlumat verirdilər. Bunu başa düşmək olmur. Heç hansısa ölkənin Prezidenti və onun səhhəti haqqında bu qədər məlumat verilməyib. Hadisədir, baş verib və başqa istiqamətdə şouya çevirmək ayrı məsələdir. Təbii ki, burada marağı olan şəxslər var”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar