Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siyavuş Novruzov biət etdi: “Bir dəfə səhv etmiş insanların bağışlanmaq hüququ var”

Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyi üçün sərt tənqid olunan Siyavuş Novruzov əvvəl “yaxşı etmişəm” deyirdi. Az keçməmiş bu “guruldama” “Mən kişiyəm” çarəsizliyi ilə əvəz olundu. Daha sonra bu çarəsiz dirəniş “Ramiz Mehdiyev məni aldatdı” devizli təslimiyyət aktına çevrildi. Dünən isə hörmətli deputat özünün facebook səhifəsində Birinci Vitse-prezident Mehriban Əliyevaya həsr etdiyi biət məqaləsi paylaşaraq, günahını bağışlatmaq istədi.

Məşhur filmdə deyildiyi kimi, “onu bağışlamaq olarmı”?

Bu klassik sualın cavabını başbilənlərə buraxır, Siyavuş Novruzovun indidən siyasi ədəbiyyat tarixinə ən maraqlı “biətnamə” nümunəsi kimi düşmək hüququ qazanmış əsərini Ovqat.com oxucularına çatdırmaqla kifayətlənirik.



Mehriban xanım Əliyevanın fəaliyyəti xalqa və dövlətə xidmət nümunəsidir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyəti Azərbaycan dövlətinin maraqlarına söykənir, respublikamızın qüdrətinin artmasına və xalqımızın rifahının daha da yaxşılaşmasına xidmət edir. Ümumiyyətlə, Mehriban xanım Əliyevanın təhsilin, səhiyyənin, mədəniyyətin, idmanın inkişafı, həqiqətlərimizin təbliği, milli-mənəvi dəyərlərimizin qorunması, dünya xalqlarının mədəniyyətinə inteqrasiyası istiqamətində gördüyü işlərin miqyası o qədər genişdir ki, onları bi yazıda əhatə etmək qeyri-mümkündür. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu missiyasına uyğun olaraq müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi və təbliği istiqamətində gördüyü işləri, həmçinin ictimai-siyasi fəaliyyətini də nəzərə alsaq onun dövlətimiz və xalqımız qarşısında xidmətlərinin ölçüyə gəlməz dərəcədə böyük olduğunu bir daha görərik. Ölkə daxilində və dünya arenasında həyata keçirdiyi layihələrin əhəmiyyətini nəzərə alan ölkə Prezidenti İlham Əliyev Mehriban xanım Əliyevanı “Heydər Əliyev mükafatı” ilə təltif edərkən bildirmişdir ki, Fondun bütün təşəbbüsləri milli ruha əsaslanır: “Modernləşmə, müasirləşmə, dünya birliyinə inteqrasiya, Azərbaycanın milli maraqlarının müdafiə edilməsi, Azərbaycannın olduğu kimi dünyaya təqdim edilməsi - bütün bu şərəfli funksiyalar bu Fondun üzərinə düşür”.

Qayğı, mərhəmət, sosial öhdəlik kimi keyfiyyətləri hər kəsin yaddaşına həkk etdirməyə xidmət edən layihələrin müəllifi kimi çıxış etmək Mehriban xanım Əliyevanın fəaliyyətinin əsas istiqamətlərindəndir. Onun timsalında insanlığa sevgini, ehtiyacı olanlara mərhəmət və şəfqəti görürük. Eyni zamanda, insan amilinə yüksək dəyər verilən ölkəmizdə Amnistiya aktlarının qəbulunda Mehriban xanım Əliyevanın təşəbbüskar kimi çıxış etməsi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Təbii ki, bu, onun humanistliyindən, mərhəmətindən irəli gələn addımlardır. “Hər bir cəmiyyətdə mərhəmət, insanpərvərlik, qayğı kimi hisslər əsas yer tutmalıdır. O cəmiyyətdə ki həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti məhz bu prinsiplər əsasında həm öz həyatını, həm öz fəaliyyətini qurur, demək olar, o cəmiyyət inkişaf etmiş, uğurlu cəmiyyətdir. Mərhəmət təkcə çətinliyə düşən insanlara yardım əlini uzatmaq deyil. Mərhəmət bəzən çətin və məsuliyyətli qərar qəbul etməyi tələb edir. Bir dəfə səhv etmiş insanların bağışlanmaq hüququ var. Bu gün biz yenidən cəmiyyətdə öz yerlərini tutmaları, layiqli həyat yaşamaları üçün onlara şans verməliyik” söyləyən ümummilli lider Heydər Əliyevin ədalət və insanpərvərlik ideyalarını davam və təbliğ etdirən Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən Amnistiya aktları sayəsində yenidən cəmiyyətə qayıdan insanlar bu xeyirxahlığı humanizm prinsiplərinin qələbəsi kimi dəyərləndirirlər.

Mehriban xanım Əliyevanın siyasi xadim kimi fomalaşmasında ulu öndər Heydər Əliyev siyasi məktəbinin rolu inkaredilməzdir. Ulu öndər Heydər Əliyev irsinin təbliği məqsədilə 2004-cü ildən fəaliyyətə başlayan Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Yarandığı gündən qarşısına qoyduğu ali məqsədlərin gerçəkləşdirilməsi naminə inamla çalışan, qısa müddətdə strateji əhəmiyyət daşıyan bir sıra layihələri gerçəkləşdirən Heydər Əliyev Fondu 15 ildə cəmiyyətdə xeyirxahlıq ünvanına çevrilib. Fondun fəaliyyəti, eyni zamanda, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təminatına yönəlib, qısa müddətdə bu sahədə böyük işlər görülüb.

Heydər Əliyev Fondu Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərin aparılmasına kömək edib. Bütün bununla yanaşı, Fond xarici ölkələrdəki unikal mədəniyyət abidələrinin bərpası prosesində də yaxından iştirak edir. Fond Fransada Dünya Mədəni İrs Siyahısına daxil edilmiş Versal sarayını, Parisdə XIV əsrə aid Notr-Dam, Strasburq Kafedral kilsələrinin, İkinci Dünya müharibəsində dağılmış Berlin şəhər Sarayının, həmçinin Vatikan arxivlərində saxlanılan Azərbaycan orta əsrlər əlyazmalarının bərpa olunmasına kömək edib. Heydər Əliyev Fondu ilə Müqəddəs Arxeologiya üzrə Papa Komissiyası arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, Fond Romanın Kapitoli Muzeyində bərpa işlərinin həyata keçirilməsinə də dəstək verib.

Təkcə bu faktı qeyd etmək kifayətdir ki, Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin, tariximizin qorunması istiqamətində xidmətlərinin miqyasını aydın şəkildə görək və dəyərləndirək. Azərbaycan keçən il YUNESKO-nun İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi etdi. Bu mühüm tədbir, eyni zamanda, Mehriban xanım Əliyevanın Azərbaycan-YUNESKO əməkdaşlığına verdiyi töhfələrə işıq saldı. Onun səyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri YUNESKO-nun müvafiq siyahılarında yer alıb. Muğam sənətinin, aşıq sənətinin, Novruz bayramının, İçərişəhərin, tar ifaçılığı sənətinin YUNESKO-nun nadir, şah əsərləri sırasına daxil edilməsi Azərbaycanla bu təşkilat arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu təsdiqləyir. YUNESKO-nun İrs Komitəsinin 43-cü sessiyasında Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin qurumun Ümumdünya İrs Siyahısına daxil edilməsi də uğurlarımız sırasındadır.

Fondun təşəbbüsü ilə həyata keçirilən layihələr sırasında dövlət qurumlarının və vətəndaş cəmiyyətinin bəzi strukturlarının da dəstəklədiyi “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Azərbaycanın müxtəlif regionlarında 300-dən çox yeni məktəb binasının inşa olunub və lazımi avadanlıqlarla təchiz edilməsini xüsusi qeyd etməliyik. Məktəblərin kompyuterləşdirilməsi əsas tələb kimi ortaya qoyulub. Bu günümüzün əsas çağırışı “hər uşağa bir kompyuter”dir. Heydər Əliyev Fondunun təhsillə bağlı layihələri də vətəndaşların təhsil hüquqlarının daha etibarlı təminatı məqsədinə xidmət edir. Bunun üçün ölkədə müasir tipli yeni məktəblərin inşasının, tədris prosesinə normal şərait yaradılmasının zəruriliyini düzgün qiymətləndirən Fond qarşıya qoyduğu strateji hədəflərə doğru inamla addımlayır, uğurlu nəticələr əldə edir. Fondun təhsillə bağlı layihələri sırf Azərbaycanla məhdudlaşmır. Belə ki, 2007-ci ildə Hollandiyanın paytaxtı Amsterdamda fəaliyyətə başlayan Azərbaycan məktəbi Heydər Əliyev Fondunun diqqətindən kənarda qalmayıb, məktəbə kompüter dəsti və dərs vəsaitləri göndərilib. 2008-ci ilin fevralında isə Fondun “Təhsilə dəstək” layihəsi çərçivəsində Pakistanın Müzəffərabad şəhərində dağıdıcı zəlzələ nəticəsində yararsız vəziyyətə düşən məktəb yenidən tikilərək, yüksək səviyyəli tədrisə imkan yaradan avadanlıqlarla təmin olunub. Eyni zamanda, Azərbaycanın birinci xanımının təşəbbüsü ilə Rusiyada, Gürcüstanda, Misirdə yeni məktəb binaları tikilərək istifadəyə verilib.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bilavasitə təşkilatçılığı ilə həyata keçirilən layihələrin əsasında uşaqlara qayğı da xüsusi yer tutur. Uşaq evlərinin və internat məktəblərinin ən müasir səviyyədə təşkilinə diqqəti artıran Mehriban xanım Əliyeva körpələrin fiziki və əqli cəhətdən sağlam böyüməsi üçün əlindən gələni əsirgəmir. «Diabetli uşaqlara ən yüksək qayğı» layihəsi çərçivəsində Azərbaycanda diabet xəstəliyinə düçar olmuş uşaqlar müntəzəm olaraq lazımi miqdarda insulin preparatları və digər dərmanlarla təmin edilmişdir. Bakıda talassemiyalı xəstələr, uşaqlar üçün Mərkəzin, tələbatı ödəyəcək qədər Qan Bankın yaradılması gələcək nəslin sağlamlığı üçün ən böyük töhfədir. «Talassemiyasız həyat naminə» layihəsi çərçivəsində görülən işlər də deyilənlərin təsdiqidir. Heydər Əliyev Fondu ürək xəstəliklərindən əziyyət çəkən körpələrin bir qisminə xarici ölkələrdə cərrahiyyə əməliyyatı aparılmasına köməklik göstərib. Valideyn hamayəsindən məhrum olan bütün uşaqları doğma övladı kimi sevən, qayğısını əsirgəməyən «Hər uşağın ailəyə ehtiyacı var» söyləyən Mehriban xanım Əliyevanın qeyd etdiyi kimi, heç bir internat, uşaq evi - ən müasir, bütün tələblərə cavab versə belə- heç vaxt ailə mühitini, ailə tərbiyəsini əhatə edə bilməz.

Təbii ki, bunlar Heydər Əliyev Fondunun xidmətlərinin sadəcə az bir hissəsidir. Mehriban xanım Əliyeva bir tərəfdən humanizm, mərhəmət, xeyriyyəçilik və qayğıkeşliyi özündə ehtiva edir, digər tərəfdən Heydər Əliyev Fondunun prezidenti kimi elm, ədəbiyyat, mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə həyata keçirilən yüzlərlə dəyərli layihənin, mədəni irsimizin qorunması və beynəlxalq arenada təbliği proqramlarının müəllifidir.

Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılması üçün bütün mövcud imkanlardan istifadə edir. Ermənilərin iç üzünün dünyaya çatırılması üçün müxtəlif dillərdə nəşr olunan kitablar, ingilis, fransız, ərəb, alman, rus dillərində “Qarabağ həqiqətləri” bukletlər Fondun bu sahədəki fəaliyyətinin əyani vəsaitləridir. Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərini və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün dünyanın aparıcı dövlətlərinin paytaxtlarında və böyük şəhərlərində dünya ictimaiyyətinin diqqətini çəkən, həmin ölkələrin siyasi, mədəni, elmi elitasını bir araya toplayan tədbirlərə də imza atıb. Məhz, Moskvada, Berlində, Strasburqda, Buxarestdə, Cenevrədə, Ankarada, İstanbulda, Parisdə, Vaşinqtonda, Nyu Yorkda, Varşavada, Londonda, Dubayda, Haaqada, Kiyev və Tbilisidə Xocalı soyqırımının ildönümünə həsr olunmuş aksiyaların keçirilməsi, xarici ölkələrdə Fondun hazırladığı “Xocalı soyqırımı” filmi ilə yanaşı, insanlığa qarşı törədilən cinayəti əks etdirən müxtəlif ekspozisiyalar nümayiş olunması, Fondun dəstəyi və təşkilatçılığı ilə məktəblilər arasında keçirilən “Xocalı uşaqların gözü ilə” rəsm müsabiqəsinin, əl işlərinin, fotoşəkillərin dünyanın qabaqcıl ölkələrində keçirilən sərgilərdə nümayiş etdirilməsi, Fondun nəşr etdirdiyi “Qarabağ həqiqətləri” toplusu və “Azərbaycana qarşı müharibə: Mədəni irsin hədəfə alınması” kitablarının dünya ölkələrində paylanması beynəlxalq ictimaiyyətdə Azərbaycan həqiqətləri barədə dolğun təsəvvürün formalaşdırılması işinə xidmət edir, töhfələrini verir.

Eyni zamanda, Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığı sayəsində ölkəmizdə keçirilən tədbirlər Azərbaycanın beynəlxalq nüfuzunun artmasına töhfələr verib. “Eurovision-2012” mahnı müsabiqəsi Bakıda ən yüksək səviyyədə keçirilib. Bu da ölkəmizin, Azərbaycan mədəniyyətinin dünyada tanıdılması işinə xüsusi töhfələr verib. Eyni zamanda, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə çalışan “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin üzvlərinin yüksək əzmkarlığı sayəsində ilk Avropa Oyunları uğurla baş tutdu. Ötən il isə paytaxt Bakıda keçirilən IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsi də Mehriban xanım Əliyevanın rəhbərliyi ilə uğurla fəaliyyət göstərdi, Azərbaycan IV İslam Həmrəylik Oyunlarına da müvəffəqiyyətlə ev sahibliyi etdi. Həmçinin Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan seçilməsində Mehriban xanım Əliyevanın xidmətləri böyükdür.

Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyəti də nümunədir. 1992-ci ildən ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının fəal üzvü olub və bu gün partiyanın Sədr müavini kimi müasir müstəqil Azərbaycanın davamlı inkişafına töhfələr verir. Həmçinin Mehriban xanım Əliyeva 2005-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. O, deputat kimi fəaliyyət göstərdiyi müddətlərdə çox böyük işlər görüb, təmsil etdiyi rayonun sosial-iqtisadi problemlərinin həlli istiqamətində mühüm addımlar ataraq, seçicilərinin yüksək etimadını qazanıb. Mehriban xanım bu missiyasını da yerinə yetirərkən məsuliyyətin önəmini əməli fəaliyyəti ilə təsdiqləyib. Mehriban xanım Əliyevanın bütün mükafatları sırasında öndə dayanan xalq sevgisi, məhəbbəti onun Azərbaycanın Birinci Vitse-prezidenti kimi təyinatında da xüsusi rol oynadı. Daim insanların arasında olan, onların qayğıları ilə maraqlanan Mehriban xanım Əliyeva özü haqqında yaratdığı portretdə səmimilik kimi keyfiyyətə də xüsusi yer ayırdı.

Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunmasını şərtləndirən amillər sırasında böyük idarəçilik təcrübəsi və xalqının sevgisini qazanması ilə yanaşı, həm də ölkə Prezidenti İlham Əliyevin ən yaxın silahdaşı, yardımçısı, mənəvi dəstəkçisi olmasıdır.

Göründüyü kimi, Mehriban xanım Əliyeva Azərbaycanda təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın inkişafı, ölkəmizlə bağlı həqiqətlərin dünyada təbliği, xalqımızın maddi-mənəvi dəyərlərinin yenidən dirçəldilməsi, onların qorunub saxlanılması, dünya xalqlarının mədəniyyətlərinə inteqrasiyası istiqamətində böyük işlər görüb. Təsadüfi deyil ki, Mehriban xanım Əliyevanın fəaliyyəti təkcə Azərbaycan xalqı tərəfindən deyil, eyni zamanda, beynəlxalq müstəvidə yüksək qiymətləndirilir. O, mədəniyyətin təbliği, elm, səhiyyə, idman, təhsil, texnologiya və ekologiyanın inkişafı işinə verdiyi töhfəyə, həmçinin ictimai, sosial və mədəni həyatda fəal iştirakına, ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, humanizm prinsipinə sadiqliyinə görə müxtəlif nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb.

Bir sözlə, Mehriban xanım Əliyevanın fəaliyyəti xalqa və dövlətə xidmət nümunəsidir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar