Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirvanda şəhid Ərəbli Rahilin anım günü qeyd olunub

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan şəhidlərimizin doğum və anım günlərində onların ailələrinin, məzarlarının ziyarət olunması Şirvan şəhərində ənənə halını alıb. Ənənənin davamı olaraq 2016-cı ilin Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan Ərəbli Rahil Rafiq oğlunun anım günü Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə qeyd edilib.

Mayın 13-də Şirvan Şəhər İcra Hakimiyyətinin başçısının müavini Aynur Fərzəliyeva, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elvin Balayev, Hacıqəhrəmanlı Bələdiyyəsinin sədri Samirə Abışova, Qafqaz Müsəlmanlar İdarəsinin bölgə üzrə səlahiyyətli nümayəndəsi Hacı Əvəz Mehrəliyev, Ağsaqqallar Şurasının üzvü Hacı Vasif Əlizadə, şəhid ailələri, ictimaiyyət nümayəndələri Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyub, məzarı üzərinə gül dəstələri düzüblər. Torpaqlarımızın azadlığı, vətənimizin bütövlüyü uğrunda canını fəda edən qəhrəman şəhidimizə Allahdan rəhmət, doğmalarına səbr diləyiblər. Azərbaycan xalqı var olduqca qəhrəman şəhidlərimizin də yaşayacağını, hec vaxt unudulmayacağını söyləyiblər. Belə vətənpərvər, mərd oğul böyütdüyü üçün şəhidin anası Narıngül xanıma təşəkkürlərini bildiriblər.

Şəhidin anası ağır itki olmasına baxmayaraq, övladının şərəfli ölümü, şəhidliyi ilə ailəsinə və xalqına başucalığı gətirdiyini qeyd edərək, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya və şəhər rəhbərliyinə minnətdarlıqlarını bildirib.

Allah bütün şəhidlərimizə rəhmət etsin.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar