Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirvanda karantin rejimini pozan 6 nəfər həbs edilib

Şirvan şəhəri ərazisində profilaktik tədbirlər gücləndirilmiş iş rejimində davam etdirilir...

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq aprelin 5-dən etibarən Şirvan şəhərində hərəkət məhdudiyyəti tətbiq edilib, şəhər Polis Şöbəsinin əməkdaşları ilə bərəbər Daxili Qoşunların şəhər ərazisində yerləşən N saylı hərbi hissəsinin əsgər heyəti də xüsusi karantin rejiminə nəzarət prosesinə cəlb edilib.

Şəhər Şəhər İcra Hakimiyyətinin və şəhər Polis Şöbəsinin birgə iştirakı ilə şəhərə giriş-çıxışın məhdudlaşdırılması məqsədi ilə yaradılmış postlarda əlavə tədbirlər görülüb. Gigiyena və Epidemiologiya Mərkəzi və şəhər Bələdiyyəsi tərəfindən şəhər ərazisində 191 obyektdə dezinfeksiya işləri aparılıb, şəhərin küçə və prospektləri dezinfeksiyaedici maddələrlə yuyulub.

Eyni zamanda, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədi ilə yaradılmış 23 mobil qrup üzvləri tərəfindən gün ərzində şəhər ərazisində, Bayramlı və Hacıqəhrəmanlı qəsəbələrində izahetmə-xəbərdarlıq işləri davam etdirilib. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, karantin rejiminin tələblərinin pozulması halları olub və Şirvan şəhər Polis Şöbəsi tərəfindən görülmüş profilaktik tədbirlər nəticəsində 79 nəfər İXM-nin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib. Onlardan 73 nəfəri müxtəlif məbləğlərdə cərimə edilib, 6 nəfər barəsində isə Şirvan şəhər Məhkəməsi tərəfindən inzibati həbs qərarı çıxarılıb.

Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin sosial xidmət işçiləri tərəfindən şəhər ərazisində yaşayan 187 nəfər ahıl və tənhalara yaşadıqları ünvanlarda sosial xidmətlər göstərilib. Eyni zamanda, 181 nəfər aztəminatlı və tənha şəxslərə Baş Prokurorluq tərəfindən yardım göstərilib.

Şirvan şəhəri ərazisində sanitariya-gigiyena norma və qaydalarına riayət edilməsinə ciddi nəzarət edilir və profilaktik tədbirlərin görülməsi davam etdirilir.

pia.az


Etiket: Şirvan cərimə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - Video

Ən çox oxunanalar