Şirvanda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş berib.
APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb. Belə ki, "Mercedes" markalı avtomobil yolu keçən Şirvan sakini, 1992-ci il təvəllüdlü Qurbanova Mətanət Sərraf qızını vurub. Nəticədə xəsarət alan piyada Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
pia.az