Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirvan şəhərində anım tədbiri keçirilib - Fotolar

27 sentyabr Anım Günü ilə əlaqədar Şirvan şəhərində ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədilə anım tədbiri keçirilib...

Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Vətən Müharibəsinin başladığı 27 sentyabr gününün hər il Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi barədə ölkə başçısı cənab İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümumşəhər anım tədbiri keçirilib.

Öncə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı cənab İlqar Abbasov, Milli Məclisin deputatı İltizam Yusifov, Şura üzvləri, Hüquq mühafizə orqanlarının, regional idarələrin, ictimai-siyasi qurumların rəhbərləri, şəhid ailələri və qazilər şəhərin mərkəzində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri qoyaraq ehtiramlarını ifadə ediblər.

Tədbir Şəhidlər Xiyabanında davam edib. Tədbir iştirakçıları Şəhidlər Xiyabanının girişində quraşdırılmış böyük tabloda Şirvan şəhidlərinin şəkillərindən ibarət kompazisiya ilə tanış olublar. Birinci Qarabağ müharibəsində İtgin düşən Şirvan şəhidlərinin xatirə lövhəsi, “Əbədi məşəl” abidə kompleksi”, Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilib, önünə gül dəstələri düzülüb, şəhidlərin ruhuna dualar oxunub. Şəhər İcra Hakmiyyətinin başçısı şəhid məzarlarının yanında dayanan şəhidlərin ailə üzvlərinin, yaxınlarının hər biri ilə görüşüb, onlara Allahdan səbir diləyib. Vətən müharibəsi şəhidlərindən sonra Birinci Qarabağ müharibəsi şəhidlərinin də məzarüstü abidələrinin yenidən quraşdırılmasına, Şəhidlər Xiyabanında aparılan davamlı abadlıq işlərinə, şəhidlərin ailələrinə göstərilən diqqət və qayğıya görə şəhid ailələri dövlət başçısına və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Ləyaqət, dəyanət, mətanət rəmzi olan şəhid analarının şərəfinə ucaldılmış “Şəhid Anası” abidə kompleksinin qarşısında Anım Gününə həsr olunmuş ümumşəhər tədbiri keçirilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra ölkəmizin müstəqilliyinin, suverenliyinin, konstitusiya quruluşunun, ərazi bütövlüyünün qorunması, tarixi torpaqlarımızın azad edilməsi uğrunda döyüş əməliyyatlarında rəşadət və qəhrəmanlıq göstərərək canından keçmiş bütün şəhid əsgər və zabitlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək 2020-ci ilin 27 sentyabr tarixində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun işğal olunmuş torpaqların geri alınması məqsədilə zəfər yürüşünə başlaması ilə tariximizin şanlı səhifələrinin yazıldığını, bu günün Anım Günü kimi qeyd edilməsinin şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisi olduğunu diqqətə çatdırıb. Ermənilərin tarix boyu əzəli torpaqlarımıza göz dikdiyini, dəfələrlə xalqımıza qarşı soyqırımlar həyata keçirdiyini, lakin Vətən Müharibəsində “Dəmir yumruq” altında əzildiklərini və milli həmrəyliyin, peşəkar rəhbərliyin, effektiv hərbi strategiyanın və Ordumuzun gücü ilə kapitulyasiya aktını imzalmağa məcbur qaldıqlarını qeyd edib. Azərbaycan Ordusunun zəfər yürüşü qarşısında tab gətirə bilməyən düşmənin təxribatlara əl ataraq dinc mülki şəxsləri hədəfə alması, yaşayış obyektlərini ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutması ilə müharibə cinayətləri törətdiklərini, dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar qarşısında hüquqi məsuliyyət daşıdıqlarını vurğulayıb. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünyanın Azərbaycanın şanlı qələbəsinin şahidi olduğunu, vətənimizin ərazi bütövlüyünü bərpa olunduğunu, üçrəngli bayrağımızın işğaldan azad edilən torpaqlarımızda dalğalandığını, bütün bunlara görə Qalib Ali Baş Komandana, şəhidlərimizə və qazilərmizə minnətdar oldumuzu söyləyib. Ölkəmizdə şəhid və qazi ailələrinə dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərildiyini, yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində səmərəli işlər görüldüyünü, döyüşlərdə şücaət və qəhrəmanlıq göstərən bütün hərbiçilərin dövlət başçısı tərəfindən orden və medallarla təltif edildiyini bildirib. Şirvan şəhərində də şəhid və qazi ailələrinin daim diqqətdə saxlanıldığını, şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində xeyli işlər görüldüyünü qeyd edib. Vətən müharibəsində qazandığımız şanlı qələbənin tariximizdə əbədi qalacağını, şəhidlərimizin daim hörmət və ehtiramla yad ediləcəyini söyləyib.

Millət vəkili İltizam Yusifov, Şirvan Appelyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, din xadimi Hacı Vasif 44 günlük Vətən müharibəsində Qalib Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun göstərdiyi qəhərmanlıq nümunələrindən, arxa cəbhədə xalqımızın “Dəmir yumruqda” möhkəm birliyindən, tarixə qızıl hərflərlə həkk olunmuş Zəfərdən, şəhidliyin ali məqamlarından bəhs ediblər. Çıxış edənlər bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyiblər.
Sonra şəhər məktəbliləri Anım Gününə həsr olunmuş bədii kompazisiya ilə çıxış ediblər.

Saat 1200-da ölkəmizin hər yerində olduğu kimi Şirvan şəhərində də şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillərdən səs siqnalları verilib.
Tədbirin sonunda Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı cənab İlqar Abbasovun, Millət vəkili İltizam Yusifovun, Şura üzvlərinin, Hüquq mühafizə orqanlarının rəhbərlərinin, şəhid ailələrinin iştirakı ilə Şirvan şəhərindən Birinci və İkinci Qarabağ müharibəsində şəhid olanların hər birinin əziz xatirəsinə ehtiram əlaməti olaraq Şirvan şəhər Şəhidlər Xiyabanında ağac əkmə aksiyası keçirilib.

Daha sonra Milli Qəhərmanlar Nofəl Quliyevin, Rəfael Həbibovun, Tahir Bağırovun büstləri, Şirvan şəhər El qəbristanlığında dəfn olunan şəhidlərin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub.

Fotolar

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar