Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı şəhid ailələri ilə görüşüb - Fotolar

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı ənənəvi olaraq bu ayın da sonuncu cümə axşamı şəhid ailələri ilə görüşüb...

Torpaqlarımızın azadlığı, vətənimizin ərazi bütövlüyü, dövlətimizin müstəqilliyi uğrunda canından keçən şəhidlərimizə və onların ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğı Şirvan şəhərində də yüksək hörmət və ehtiramla davam etdirilir. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ənənəvi olaraq hər ayın sonuncu cümə axşamı Şəhidlər Xiyabanını ziyarət edir, şəhid ailələri ilə görüşür, onların narahat edən problemlərlə maraqlanır, həlli istiqamətində müvafiq tapşırıqlar verir.

30 iyun 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Şirvan Şəhər şöbəsinin rəisi İlkin Məmmədov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhid ailələri ilə birlikdə iyun ayının sonuncu cümə axşamı Şəhidlər Xiyabanını ziyarət edib.

Öncə “Şəhid anası” memorial abidə kompleksinin önünə gül-çiçək dəstələri düzərək, şəhid analarına ehtiramlarını bildiriblər.
Sonra Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub, ailələrinə səbr dilənib. Naməlum əsgər məzarlarının önündə ehtiram əlaməti olaraq dayanaraq bir dəqiqəlik sükut edilib.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid ailələri ilə görüşüb, onlara belə vətənpərvər, şücaətli, igid oğullar yetişdirdikləri üçün təşəkkürünü bildirib. Xalqımızın tarixinə şərəflə yazılan 44 günlük Vətən müharibəsindən söz açaraq, Şanlı Qələbənin ən başlıca səbəbinin ölkə Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət siyasətinin, güclü ordu strategiyasının, milli birliyin, döyüşçülərimizin qəhrəmanlığının, vətənpərvərliyinin, ruh yüksəkliyinin olduğunu diqqətə çatdırıb. İşğaldan azad edilmiş torpaqlarımızda müqəddəs üçrəngli bayrağımızın dalğalanması naminə düşmən qarşısında bütün çətinliklərə sinə gərən əsgər və zabitlərimizin, hərbçilərimizin misilsiz şücaətinin gələcək nəsillər üçün örnək olduğunu vurğulayıb. İşğaldan azad edilmiş ərazilərdə infrastrukturun yenidən qurulmasının, irimiqyaslı layihələrin həyata keçirilməsinin hər birimizdə qürur hissi doğurduğunu söyləyib. Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan, həssas münasibətdən söz açıb, bu qayğının Şirvan şəhərində də davam etdirildiyini vurğulayıb. Şəhidlərin xatirələrinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, Şəhidlər Xiyabanında aparılan abadlıq-quruculuq işlərindən bəhs edib. Vətən uğrunda vuruşan, canından keçən, şücaət göstərən qəhərmanların dövlət başçısı tərəfindən yüksək dəyərləndirildiyini, fəxri adlar, orden-medallarla təltif edildiyini, Şirvan şəhidlərinin də hər birinin medallarla, 6 şəhidin isə ordenlə təltif olunduğunu bildirib. “Şəhid adının əbədiləşdirilməsi haqqında“ qanununa uyğun olaraq 5 Vətən müharibəsi şəhidinin adının yaşadıqları küçələrə verilərək əbədiləşdirildiyini qeyd edib. Onların adlarının şəhərimizdə yerləşən bir neçə adsız məktəbə verilməsi üçün müvafiq tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb. Şəhid ailələrinə göstərilən həssas münasibətin davam etdiyini, bu günki görüşün həmin diqqətin bir hissəsi olduğunu bildirib.

Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid ailələrini narahat edən məsələlərlə maraqlanıb və bu barədə çıxış etmələri üçün onlara söz verib. İcra Hakimiyyətinin başçısı şəhid ailələrinin qaldırdığı məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara zəruri tapşırıqlar verib. Görüşdə iştirak edən şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci-vitse prezident, çox hörmətli Mehriban xanım Əliyevaya təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.

Sonda şəhər məscidinin imamı Əvəz Mehrəliyev Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi, konstitusiya quruluşu və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxuyub.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

  • Gündəm
  • Aktual
  • Gerçəklər

Ən çox oxunanalar