Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirvan Şəhər Doğum Evi xəstədən rüşvət tələb edib?

Salyan sakini Şirvan Rayon Mərkəzi Xəstəxanasının tabeliyində olan Şirvan Şəhər Doğum Evindən şikayətçidir.

Bu barədə şikayət sosial şəbəkədə paylaşılıb. Paylaşımda iddia edilir ki, Salyan rayonu Qarabağlı kənd sakini İmanova Sevanə Rüzgar qızı bir neçə gün öncə Şirvan Rayon Mərkəzi Xəstəxanasının nəzdində fəaliyyət göstərən Şirvan Doğum Evində əməliyyat keçirib.

Əməliyyat müqabilində vətəndaş tibb müəssisəsinə 500 AZN ödəyib. Xanımın həyat yoldaşı E.İmanov S.İmanovanı xəstəxanadan çıxarmaq istəyəndə həkimlər buna imkan verməyiblər. Səbəb olaraq isə xəstəyə Qan Bankından qan götürüldüyünü və bunun müqabilində pulun ödənilməli olduğu deyilib.

Vətəndaş isə ödədiyi 500 AZN vəsaitə bu pulun da daxil edildiyini və ondan istənilən əlavə məbləğin rüşvət olduğunu iddia edir.

Paylaşım sosial şəbəkədə ciddi müzakirələrə səbəb olub, rüşvət iddiaları isə hələ də cavabsız qalıb. Məsələyə aydınlıq gətirilməsi üçün Şirvan Şəhər Doğum Evi ilə əlaqə saxlamağa çalışsaq da, qurumun saytında qeyd edilən telefon nömrələrinin heç birindən cavab ala bilmədik.

Nəhayət Şirvan Şəhər Doğum Evinin baş həkiminin otaq nömrəsi ilə əlaqə saxladıq. Nömrəyə baş həkiminin köməkçisi cavab verdi və baş həkimin yerində olmadığını bildirdi. Məsələ ilə bağlı mövqe öyrənmək üçün əlaqə nömrəsi qoyduq.

Əlaqə nömrəmizə isə baş həkim yox, sözügedən məsələdə adı hallanan İmanova Sevanənin anası İmanova Badisəba Şahbala qızı zəng etdi. Sevanənin anası Oxu.Az-a açıqlamasında bildirib ki, qızı haqqında yayılan iddialar əsassızdır:

“Mənim qızım 1999-cu il təvəllüdlü İmanova Sevanə Rüzgar qızı beş gün bundan öncə Şirvan Şəhər Doğum Evində daxili qanaxmadan əməliyyat olunub. Qızımı ağır vəziyyətdə Salyandan Şirvana gətirmişik, xəstəxanada qızımı əməliyyat edib həyata qaytarıblar. Qızıma əməliyyat zamanı qan köçürülüb. Mən onun anasıyam, məndən yaxın ona heç kim yoxdur. Qan Bankından qan götürülüb, mənə də deyildi. Oğlumun dostları gəldi, qan verdilər, məsələ həll olundu. Bizim xəstəxana ilə heç bir problemimiz yoxdur, əsassız iddialar yazılmasın. Xəstəxana ilə kiminsə problemi varsa, özü həll etsin, mənim qızımın adını hallandırmasınlar”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar