Bazar, 26 İyun 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Şirvan Əlillərin Regional Bərpa Mərkəzində “Şuşa ili”nə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən 2022-ci ilin ölkəmizdə “Şuşa ili” elan edilməsi ilə əlaqədar Şirvan şəhərində də silsilə tədbirlə keçirilir.

24 may 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin və Şirvan Əlillərin Regional Bərpa Mərkəzinin birgə təşkilatçılığı ilə “Şuşa ili”nə həsr olunmuş “Qayalar aşdıq, sənə çatdıq” adlı tədbir keçirilib.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Rebilitasiya Agentliyinin Keyfiyyətə nəzarət və xidmətin təşkili şöbəsinin müdiri Sevinc Abdullayeva, Şirvan Əlillərin Regional Bərpa Mərkəzinin direktoru Mehriban Siracova, şəhid ailələri, müharibə iştirakçıları, qazilər, əlillər iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə qədim xalça və ev əşyalarının, milli, xüsusilə Şuşa mətbəxinə xas yemək və şirniyyatların, müxtəlif kitabların nümayiş olunduğu sərgi ilə tanış olublar. Əlil olmuş şəxslərin əl işləri iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tədbir Mərkəzin həyətində davam edib. Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra ölkəmizin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda və Vətən müharibəsində rəşadət və qəhrəmanlıq göstərərək canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müzəffər Ali Baş Komandanın 8 noyabr tarixində Şuşanın azad olunmasının elan edilməsi ilə əlaqədar çıxışı səsləndirildikdən sonra II Qarabağ müharibəsinin veteranı Elvin Abbasov üçrəngli dövlət bayrağımızı təntənəli surətdə tədbirə gətirib.

Tədbirdə çıxış edənlər torpaqlarımızın işğaldan azad edliməsi uğrunda 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun göstərdiyi qəhrəmalıq nümunələrindən, Qarabağın baş tacı Şuşanın azad edildiyi günün Zəfər Günü kimi tariximizə qızıl hərflərələ yazılmasından, ölkəmizin mədəniyyət paytaxtı elan edilən Şuşada aparılan abadlıq-bərpa işlərindən, Şuşada keçirilən musiqi festivallarından bəhs ediblər. 2022-ci ilin “Şuşa ili” elan olunmasının hər bir azərbaycanlıda qürur və iftixar hissi yaratdığını bildiriblər.

Sonra şəhər Musiqi məktəbinin kollektivinin ifasında “Qarabağ şikəstəsi”, “Şuşanın dağları”, “Azərbaycan”, “Qarabağ”, “Sən elə bir zirvəsən” mahnıları səsləndirilib.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

ABŞ-ın Minsk qrupu ilə bağlı təzyiqləri - Vaşinqton erməni dəyirmanına niyə su tökür?.. - Müsahibə

Prezident bir qrup hərbi qulluqçunu təltif edib - Siyahı

Borell: “İranla müzakirələrə yenidən başlamağa qərar vermişik” - Yenilənib

Bakıdan Füzuliyə yola düşən ilk sərnişin avtobusu mənzil başına çatıb - Yenilənib

Bığına görə töhmət aldı, həbsdən qorxub Gəncədən qaçdı, arvadından sonra evlənmədi

Qüdrət Həsənquliyev: “Azərbaycan ordusu Zəngəzuru götürməlidir”

Siyavuş Novruzov: “Lapşinlə bağlı məsələni İnterpol vasitəsilə yenidən qaldırmaq lazımdır”

“Qarabağ” bu gün Rumıniya klubu ilə oynayacaq

Ən çox oxunanalar